Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda növbəti ağacəkmə aksiyası keçirildi

28 noyabr 2014 | 20:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu”  çərçivəsində 29 noyabr 2014-cü il tarixində Sabunçu rayonunda növbəti ağacəkm əaksiyası keçirilib. Beləki, Bakıxanov qəsəbəsində yerləşən 74 nömrəli tam orta məktəbin həyətyanı sahəsində və 2 saylı Doğum Evinin ətrafında 250 ədəd Eldar şamı ağacları əkilmişdir.
Kampaniyada Sabunçu Rayon İcraHakimiyyəti başçısının müavini Azu Məmmədova,  YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, RİH aparatının məsul işçiləri, YAP Sabunçu rayon təşkilatının fəal üzvləri və müəssisə kollektivləri iştirak edirdilər.

Keçidlər