Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr 2023-cü il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Cəfərzadə İsrayıl Namiq oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi.

18 oktyabr 2023 | 15:05
18 oktyabr 2023-cü il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Cəfərzadə İsrayıl Namiq oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Vüsal Hüseynov, Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov, şəhidin təhsil aldığı məktəbin müəllim və şagird kollektivi, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri iştirak etmişdir.         
Cəfərzadə İsrayıl Namiq oğlu 30.09.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2016-cı ildə Sabunçu rayonu, 148 saylı tam orta məktəbi bitirmiş, Bakı Dövlət Peşə Təhsili Mərkəzində texnoloji qurğuların operatorluğu ixtisası üzrə təhsil almışdır. İdmanla məşğul olan İ.Cəfərzadə qatıldığı yarışlarda nailiyyətlər əldə etmişdir. 02.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılan İsrayıl Cəfərzadə xidmət etdiyi dövr ərzində həm insani keyfiyyətləri, həm də əsgər məsuliyyəti ilə bölükdə seçildiyinə görə 28.05.2020-ci il tarixində çavuş rütbəsi almışdır.
İ.Cəfərzadə Vətən müharibəsi zamanı 16.10.2020-ci il tarixdə Tərtər rayonu Suqovuşan istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.18 oktyabr 2020-ci ildə Bakıxanov qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Vətən Uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər