Şriftin ölçüsü :

Saytın rəngi :

18 iyul 2023-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində şəhid Xudiyev Samir Səməd oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi.

18 iyul 2023 | 16:12
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Mirzəliyev, Ramana bələdiyyəsinin sədri Turqay Qəribov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri iştirak etmişdir.
Samir Xudiyev 18.07.2003-cü ildə Sabunçu rayonu, Ramana qəsəbəsində anadan olmuşdur. 2021-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 5 Avqust 2022-ci il tarixdə Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Samir Xudiyevin üzərinə düşməsi nəticəsində şəhid olmuşdur.
06.08.2022-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Keçidlər