Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun 10 nömrəli sanatoriya tipli internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibəti ilə bayram tədbiri keçirilib

24 dekabr 2014 | 20:00

25 dekabr 2014-cü il tarixində  Pirşağı qəsəbəsindəki 10 nömrəli sanatoriya tipli internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri və internat məktəbinin müəllim – şagird kollektivi iştirak ediblər. Bayram şənliyində uşaqların ifasında səslənən  müxtəlif şeirlər, rəqslər və mahnılar  tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Həm azərbaycan, həm də rus dilində təşkil olunmuş tədbir proqramına əsasən Şaxta baba və qar qızın iştirakı ilə maraqlı səhnələr nümayiş etdirilib.
Tədbirin sonunda uşaqlara Yeni il hədiyyələri təqdim edilib.

Keçidlər