Sabunçu rayonunda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirildi
29.12.2014-cü il tarixdə Sabunçu rayonunda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının, müavinləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon təşkilatının sədri və rayon ictimaiyyətinin iştirakı ilə təntənəli ümumrayon tədbiri keçirilib.
Tədbiri giriş sözü il açan Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qeyd edib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan millətinin ümumdünya birlik günüdür və bu günün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir ənənəyə çevrilib. 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın bir çox ölkələrində azərbaycanlılar tərəfindən qürurla qeyd olunur. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - Dünya Azərbaycanlıların Həmrəylik Günü elan olunub. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev vurğuladı ki, möhtərəm Prezident cənab İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanıb. Son 10 ildə cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına gətirib çıxarmışdır. A.Vəliyev çıxışının sonunda bayram münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etdi, 2014-cü ilin uğurlarını qeyd edərək, qarşıdan gələn 2015-cü ilin onlar üçün uğulu olmasını arzuladı.
Tədbir incəsənət ustalarının çıxışları ilə davam etdirildi. Maraqlı, əyləncəli viktorinalar, tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaratdı.