Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar növbəti tədbir “Ölkəmizi tanıyaq” layıhəsinin tur-iştirakçıları və Sabunçu məktəbliləri ilə birgə keçirildi

26 dekabr 2014 | 20:00

27 dekabr 2014-cü il tarixində Sabunçu rayonunda “Ölkəmizi tanıyaq” layıhəsinin tur-iştirakçıları və Sabunçu məktəbliləri ilə birgə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, RİH başçısı Aparatının məsul əməkdaşları, məktəb direktorları, tur-aksiyaya qatılan məktəblilər, müəllimlər, həkimlər və bələdçi iştirak etdilər. Bayram tədbirində çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova "31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycanda başlayan milli-azadlıq mübarizəsinin ən gərgin vaxtında Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etdi. Həmin dövrdə Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı.
Bayram şənliyində “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayon məktəblilərinin səfərini əks etdirən videoçarxın nümayişi, məktəblilərin ifasında səslənən mahnılar, rəngarəng rəqslər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı, Şaxta baba və Qar qızının gəlişi bayram əhval-ruhiyyəsini daha da qaldırdı. Sonda tur-aksiyada səmərəli əməkdaşlığına görə “SilkWay”  Turizm Departamentinə, fəal iştirakına görə isə bir qrup məktəbliyə diplom və hədiyyələr təqdim edildi.

Keçidlər