Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 20 Yanvar şəhid ailələri və əlillərlə görüş keçirildi

19 yanvar 2015 | 20:00

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı 19 yanvar 2015-ci il tarixində Sabunçu rayon İcra Hakimiyyətinin başçısı, aparatın əməkdaşlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, rayon ictimaiyyətinin iştirakı ilə Bakıxanov qəsəbəsindəki “Şəhidlər xiyabanı” ziyarət edildi, orada müstəqilliyimizin əldə olunmasında, ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu ehtiramla yad edildi.

Sonra Bakıxanov qəsəbəsində yerləşən “İmam Rza” məscidində 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri ilə görüş keçirildi. Görüşdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev 25 il öncə Bakıda dinc insanlara qarşı törədilən qətliamdan danışdı. A.Vəliyev  bildirdi ki, 1990 -cı il 20 yanvar hadisələri - Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olunduğu və bütün dünya Azərbaycanlılarını bir araya gətirərək yumruq kimi birləşdirdiyi gündür. 

Görüşdə Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon təşkilatının sədri Faiq Nuriyev, “İmam Rza” məscidinin axundu Əmirxan Tahirov çıxış edərək bildirdilər ki, Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaqdır. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə uca tutulacaq.

“20 Yanvar” Cəmiyyəti Sabunçu rayon şöbəsinin sədri Rövşən Abbasov, şəhid ailələrinin üzvləri də görüşdə çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda şəhid ailələrinə və əlillərə maddi və ərzaq yardımları edilib.

Keçidlər