Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun gəncləri Azərbaycan Dövlət Akademik Dram Teatrında “Xəcalət” adlı nümayiş etdirilən tamaşada olmuşlar

15 yanvar 2015 | 20:00

16 yanvar 2015-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşəbbüsü ilə gənclər və yeniyetmələr arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların dövlətə və millətə sədaqət ruhunda formalaşdırılması məqsədilə rayonun gəncləri Dövlət Akademik Dram Teatrında “Xəcalət” adlı nümayiş etdirilən tamaşada olmuşlar. Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir. Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Qarabağ müharibəsindən bəhs edən tamaşada baş rolları xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artist Mətanət Atakişiyevə və başqaları canlandırıblar. Peşəkar ifaçıların rol aldıqları tamaşa müvəffəqiyyətlə oynanılıb.

Keçidlər