Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyin 2014-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi
27 yanvar 2015-ci il tarixində Maştağa qəsəbəsində yerləşən 209 nömrəli tam orta məktəbin akt zalında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 2014-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, rayon icra strukturlarının rəhbərləri və 160 nəfər qəsəbə sakini iştirak edirdi. Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev açaraq bildirdi ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətiun nəticəsi olaraq 2014-cü ildə ölkəmizin tərəqqisi davamlı xarakter almış, qarşıya qoyulmuş bütün vəzifələr müvəffəqiyyətlə icra olunmuşdur. Sonra Rayon İcra Hakimiyyətinin başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Cəfərov hesabat məruzəsi ilə çıxış etdi.
Məruzə ətrafında qəsəbə sakinlərindən Azər Əsgərxanov, Tahir Poladzadə və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər.
Hesabat yığıncağının sonunda qərar layihəsi oxundu.