Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ”

05 oktyabr 2012 | 19:00

Müəllim peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşə olmaqla, təhsillə yanaşı şagirdlərimizə, gənclərimizə vətənə bağlılığı, sevgini aşılayır.
Ölkəmiz üçün əlamətdar günlərdən biri olan 5 oktyabr “BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ” münasibəti ilə Sabunçu rayon İcra Hakimiyyəti 252№-li məktəb-liseydə tədbir keçirmişdir. Həmin tədbirə Sabunçu rayonunun təhsil sahəsində fərqlənmiş 97 nəfər müəllim dəvət olunmuşdu.
Azərbaycan Respublikası Prezidentinin 01 oktyabr 2012-ci il tarixli sərəncamına əsasən rayonun 3 nəfər müəllimi o cümlədən Bakıxanov qəsəbəsi 169№-li tam orta məktəbin direktoru Tağıyeva Elnarə Firidun qızı, Sabunçu qəsəbəsi 67№-li tam orta məktəbin direktoru Babayeva İradə Sahib qızı, Bakıxanov qəsəbəsi 309№-li tam orta məktəbin ibtidai sinif müəllimi Məmmədova Gülşən Şirməmməd qızı “Əməkdar Müəllim” fəxri ada layiq görülüblər, Sabunçu qəsəbəsi 67№-li tam orta məktəbin fizika müəllimi Nəcəfova Yeganə Kamran qızı və Bakıxanov qəsəbəsi 72№-li məktəb-liseyin ibtidai sinif müəllimi Şirəliyeva Həqiqət İslam qızı “Tərəqqi” medalı ilə təltif olunublar.Tədbirdə Adil İsgəndərov adına Mədəniyyət Mərkəzinin bir qrup özfəaliyyət kollektivi iştirak edərək xüsusi proqramla çıxış etdilər.
Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavini ŞAKİR ALIYEV çıxış edərək bildirdi ki, hər bir sahədə olduğu kimi təhsil sahəsində də Prezident İlham Əliyev cənablarının və onun xanımı Mehriban Əliyevanın diqqət və qayğısını daim hiss etməkdəyik. Ölkədə və günü-gündən gözəlləşən şəhərimizdə yeni məktəb binalarının inşa olunması və onların hər cür avadanlıqla təmin edilməsi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sonsuz qayğısının göstəricilərindən biridir. Çıxışının sonunda Ş.ALIYEV “BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ” münasibətilə rayonun çoxsaylı müəllim kollektivini təbrik etdi, onlara işlərində uğurlar arzuladı.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva , Bakı şəhər Təhsil İdarəsinin aparıcı məsləhətçisi Fərman Abdullayev, Bakıxanov qəsəbəsinin 169№-li tam orta məktəbin direktoru “ƏMƏKDAR MÜƏLLİM” Elnarə Tağıyeva çıxış etdilər.
Tədbirdə ötən tədris ilindəki nailiyyətlərinə görə 97 nəfər müəllimə rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi mükafatlar təqdim edildi.
Sonda 252№-li məktəb-lisey şagirdlərinin hazırladığı bədii hissə təqdim olundu.
 

Keçidlər