Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyin 2014-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi

28 yanvar 2015 | 20:00

29 yanvar 2015-ci il tarixində Bakıxanov qəsəbəsində yerləşən 252 nömrəli tam orta məktəbin akt zalında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin 2014-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı  keçirildi.
Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, rayon icra strukturlarının rəhbərləri və 160 nəfər qəsəbə  sakini iştirak edirdi. Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov və Bakıxanov Bələdiyyəsinin sədri Nadir Əsədov hesabat məruzəsi ilə çıxış etdilər.
Məruzə ətrafında qəsəbə sakinlərindən Şəfiqə Həsənova, Əsmətxanım Mirsəyidova, Lətafət Sadıxova və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər.
Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb. Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq haqqında da məlumat verib.
Hesabat yığıncağının sonunda qərar layihəsi oxundu.

Keçidlər