Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Günü qeyd edildi

29 yanvar 2015 | 20:00

30 yanvar 2015-ci il tarixində 2 Fevral- Azərbaycan Gəncləri Günü ilə əlaqədar Sabunçu Gənclər Evində tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu Gənclər Evinin direktoru Ramiz Məmmədov, rayonun ictimai-mədəni həyatında fəal olan gənclər iştirak etdilər.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. İlk öncə tədbir iştirakçılarını Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova salamlayaraq, bildirdi ki, hər bir ölkədə müstəqilliyin qorunub saxlanması, dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı yüksək intellektə malik gənc nəslin yetişdirilməsindən, onların cəmiyyət həyatının bütün sferalarında fəal iştirakından birbaşa asılıdır. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkə gəncləri ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.

Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və başqaları çıxış edərək Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan danışdılar.

Tədbirin bədii hissəsində Respublikanın əməkdar artisti Tünzalə Ağayevanın və 1 saylı Ruhi Əsəb Xəstəxanasında müalicə alan gənclər Bayramov Fərid Şahin oğlu və Qasımlı Fidan Zakir qızının hazırladıqları Pantomima səhnəciyi qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Sonda rayonun ictimai-mədəni həyatında fəallığı ilə fərqlənən bir qrup gəncə Diplom və hədiyyələr təqdim edildi.

Keçidlər