Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun bir qrup fəal gənci “Gənclər Günü”nü 7 saylı Uşaq Nevroloji Sanatoriyasında müalicə alan uşaqlarla qeyd etdi

01 fevral 2015 | 20:00

02 fevral 2015-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının birgə təşəbbüsü ilə rayonun fəal gəncləri ilə birlikdə  7 saylı Uşaq Nevroloji Sanatoriyasında müalicə alan uşaqlarla görüş keçirildi.

Ramana qəsəbəsində yerləşən 7 saylı Uşaq Nevroloji Sanatoriyasında keçirilən görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, aparatın məsul işçiləri və bir qrup fəal gənclər iştirak edirdi. Görüşdə uşaqlarla səmimi söhbət aparıldı, onların ifasında şeir və mahnı kompozisiyaları dinlənildi, sonda isə hər bir uşağın sevincinə səbəb olan hədiyyələr təqdim olundu.

Keçidlər