Sabunçu rayonunda “ Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” mövzusunda təlim keçirildi
03 fevral 2015-ci il tarixində Sabunçu Gənclər Evində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Sabunçu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun 30 nəfər məktəblisi üçün “ Uşaq hüquqları : hüquqlarımızı bilək və paylaşaq” mövzusunda təlim keçirildi. Təlimin keçirilməsində məqsəd təlimçi olaraq hazırlanmış uşaqlar tərəfindən bugün onlar üçün aktual hesab edilən, onları maraqlandıran mövzuların müzakirəsi, uşaqlarda liderlik keyfiyyətlərinin artırılması, eləcə də, uşaq iştirakçılığının təmin olunmasıdır.
Təlim 2014-cü ilin noyabr ayında Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumunda uşaqlar arasında birgə və səmərəli işin aparılmasının təmin edilməsi, həmçinin uşaqların iştirakı ilə onları maraqlandıran mövzularda təlimlərin təşkil olunması məqsədi ilə yaradılan Əlaqələndirmə Şurasının təşəbbüsü ilə həyata keçirilir, bu təlimlərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakına da diqqət ayrılmışdır, təlimlərin fərqləndirirci xüsusiyyəti ondadır ki, bu təlimlər uşaqlar tərəfindən qrup müzakirələri şəklində aparılır.