Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz Ağakərimoğlu İbrahimovun doğum günü qeyd edildi

06 fevral 2015 | 20:00

7 fevral 2015-ci il tarixində Bakıxanov qəsəbəsində yerləşən N.İsmayılov adına 80 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsini yad etmək məqsədilə “Biz Sizdən öyrəndik qəhrəmanlığı” mövzusunda anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndələri, valideynlər, müəllimlər və şagirdlər iştirak etdilər.

Əvvəlcə məktəblilər ikinci Fəxri Xiyabanda Mübariz İbrahimovun məzarını ziyarət etmişlər. Sonra məktəbdə davam edən tədbirdə öncə Dövlət bayrağı gətirildi, Azərbaycanın Dövlət himni səsləndi və şəhidin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə qəhrəmana həsr olunmuş, şagirdlərin özləri yazdıqları şeirlər və mahnılar səsləndi. Məktəbin direktoru Əlislam Abbasquliyev çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 22 iyul 2013-cü il tarixində Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilmişdir. Digər çıxış edənlər də Milli Qəhrəman Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq hər bir azərbaycan gənci üçün örnək olduğunu bildirdilər.

Sonda tədbir iştirakçıları şagirdlərin hazırladıqları video çarxı izlədilər və vətənpərvərlik mövzusunda onların əl işlərindən ibarət sərgi ilə tanış oldular.

Keçidlər