Şriftin ölçüsü :

Saytın rəngi :

“2 fevral-Gənclər Günü” ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirildi

02 fevral 2026 | 16:37
30.01.2026-cı il tarixdə Bakıxanov qəsəbəsində yerləşən 96 nömrəli tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyətinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirildi.
Konfransda Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Turanə Kərimova, ilk həmkarlar təşkilatlarının sədrləri, eləcə də gənc ittifaq üzvləri iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov iştirakçıları salamladı, konfransın əhəmiyyətindən bəhs etdi və tədbirin işinə uğurlar arzuladı.
Konfransda çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətindən, gənclərin cəmiyyətin inkişafındakı rolundan, vətənpərvərlik ruhunun formalaşdırılmasının vacibliyindən danışdılar. Qeyd olundu ki, bu siyasət gənclərin ictimai-siyasi fəallığının artırılmasına, onların ölkənin sosial-iqtisadi və mədəni inkişafında daha yaxından iştirakına geniş imkanlar yaradıb.
Çıxışlarda eyni zamanda milli-mənəvi dəyərlərin qorunmasının, azərbaycançılıq ideologiyasının və dövlətçilik ənənələrinin gənc nəsil arasında təbliğinin xüsusi əhəmiyyət daşıdığı vurğulandı.
Konfrans bədii hissə ilə davam etdi.
Keçidlər