Şriftin ölçüsü :

Saytın rəngi :

01 oktyabr –Beynəlxalq Ahıllar günü

01 oktyabr 2012 | 19:00

Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının (BVM) Sabunçu rayon şöbəsi 02 fevral 1987-ci ildə təsis olunub. İlk əvvəl Böyük Vətən Müharibəsi veteranlarını özündə birləşdirən təşkilata sonralar silahlı qüvvələr, hüquq-mühafizə orqanları və əmək veteranları da daxil olmaqla sıralarını genişləndirdi.
Ümumiyyətlə, 1941-1945-ci illər- Böyük Vətən müharibəsinə Sabunçu rayonundan 9875 nəfər yola salınıb və onlardan yalnız 4972 nəfər geri qayıdıb. Hazırda bunlardan yalnız 58 nəfəri sağdır.
Rayon Veteranlar Təşkilatının tərkibində 31 İlk Veteran Təşkilat var. Bunlardan 10-u qəsəbələri, 11-i MİS-ləri, 6-sı təhsili, 3-ü istehsal-xidmət müəssisələrini, 1-i hüquq mühafizə orqanını əhatə edir.
Rayon Veteranlar Təşkilatının ali orqanı konfransdır. Konfranslararsı dövrdə təşkilata Şura rəhbərlik edir.
Rayon Veteranlar Təşkilatının növbəti konfransı 05.10.2012-ci il tarixində Bakıxanov qəsəbəsində yerləşən A.İsgəndərov adına Mədəniyyət Mərkəzində keçirilmişdir. Konfransda Sabunçu rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndəsi, RespublikaVeteranlar Təşkilatı Komitəsinin sədri, Bakı Veteranlar Şurasının sədri, rayon polis idarəsinin məsul nümayəndəsi, Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial müdafiə Mərkəzinin rayon şöbələrinin, rayonda fəaliyyət göstərən bir sıra ictimai təşkilatların nümayəndələri iştirak etmişdilər.
İşgüzar, qarşılıqlı dialoq şəraitində keçən konfransda təşkilati məsələyə də baxıldı. Konfrans iştirakçıları BVM Şurasının Sabunçu rayon şöbəsinə Elxan Abbasqulu oğlu Mirzəyevi yenidən sədr seçdilər.
Konfransın yekununda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.
Rayon Veteranlar Təşkilatının konfransı başa çatdıqdan sonra, rayon İcra Hakimiyyəti adından konfrans iştirakçılarına “Kristal” şadlıq sarayında geniş ziyafət təşkil edildi.
 

Keçidlər