Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda yeni seçilmiş bələdiyyə üzvləri ilə görüş keçirildi

10 fevral 2015 | 20:00

11 fevral 2015-ci il tarixində Sabunçu Gənclər Evində yeni seçilmiş bələdiyyə üzvləri ilə görüş keçirildi. Görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı, müavinlər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə icra nümayəndələri və rayonun bütün bələdiyyə üzvləri iştirak edirdi.

Tədbirdə giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev yeni seçilmiş bələdiyyə üzvlərini bir daha təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı. A.Vəliyev bildirdi ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, bələdiyyələrin hüquqi statusu ilk dəfə Heydər Əliyevin fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verildi.

A.Vəliyev qeyd etdi ki, 2014-cü il dekabrın 23-də Azərbaycan Respublikasında keçirilən növbəti bələdiyyə seçkilərinin Sabunçu rayonunda uğurla keçirilməsini təmin etmək üçün Rayon İcra Hakimiyyəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada üzərinə düşən bütün vəzifələri əlaqədar qurumlarla birgə yerinə yetirmiş rayonda fəaliyyət göstərən 3 Dairə Seçki Komissiyası və 114 məntəqə komissiyalarının yerləşdiyi binalarda zəruri təmir-bərpa işləri aparılmış, 30 məntəqədə veb-kameralar quraşdırılmışdır. Rayonun 10 qəsəbəsi üzrə 132 bələdiyyə yerinə Dairə Seçki Komissiyalarında 288 nəfərin namizədliyi qeydə alınmışdır. Rayon üzrə qeydə alınmış 146502 seçicidən 46243 seçici və ya 31,56 faiz seçkilərdə iştirak etmişdir. Seçkilərdə qalib gəlmiş 132 bələdiyyə üzvündən 86 nəfəri kişi, 46 nəfəri qadın, 61 nəfəri gənc, 98 nəfər və ya 74,2 faizi YAP-ın üzvü, 9 nəfər digər digər partiyaların üzvü, 25 nəfəri isə bitərəf olmuşdur. Seçilmiş bələdiyyə üzvlərinin hamısı əvvəlki seçkilərdən fərqli olaraq ali təhsillilərdir.

Yeni seçilmiş bələdiyyə sədrləri və üzvləri çıxış edərək qarşılarında duran vəzifələri düzgün qiymətləndirməyi bacarararq seçicilərin etimadını doğruldacaqlarını bildirdilər. Görüşdə təkilf edildi ki, hər bələdiyyə 2015-ci ildə yerinə yetirəcəyi işlər barədə ərazi üzrə tədbirlər planı tərtib edərək “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində gələcək fəaliyyətlərini konkretləşdirsinlər, bu və digər məsələləri İcra Hakimiyyəti ilə əlaqələndirsinlər.

Keçidlər