Şriftin ölçüsü :

Saytın rəngi :

2021-2022-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanında Sabunçu rayonu üzrə yüksək nəticə göstərən daha bir məzunla görüş keçirildi

11 oktyabr 2022 | 18:01
   11.10.2022-ci il tarixdə Bakı Gənclər Mərkəzində 2021-2022-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanında 671 bal toplayaraq yüksək nəticə göstərən, rayonun Zabrat qəsəbəsi, 192 nömrəli tam orta məktəbin məzunu Məsimli Mətin Mehman oğlu ilə görüş keçirildi.
   Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşları, 192 nömrəli tam orta məktəbin direktoru və məzunun atası iştirak edirdilər.
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək  M.Məsimlini “tələbə” adını qazanması münasibəti ilə  təbrik etdi. Ölkə rəhbəri cənab İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilə, elmin inkişafına göstərilən xüsusi qayğıdan söz açan R.Fərəcova ölkəmizdə həyata keçirilən gənclər siyasəti çərçivəsində gənclərimizin bütün sahələrdə aparıcı mövqedə olduğunu bildirdi. R.Fərəcova 44 günlük şanlı Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əldə olunan böyük qələbədə gənclərin müstəsna xidmətini vurğulayaraq uşaq və gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında təhsil müəssisələrinin əvəzsiz rola malik olduğunu qeyd etdi.
   192 nömrəli tam orta məktəbin direktoru Təhmasib Məmiyev ölkədə təhsilin inkişafı ilə bağlı genişmiqyaslı islahatların aparıldığını bildirərək rəhbərlik etdiyi 192 nömrəli tam orta məktəbin şagird və müəllim heyətinin bu sahədə əldə etdiyi nailiyyətlərdən söz açdı.
Sonra 2021-2022-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanında 671 bal toplayaraq yüksək nəticə göstərən M.Məsimliyə Sabunçu Rayon İcra Hakimiyyəti və məzunu olduğu 192 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən hədiyyələr təqdim olundu.
   Sonda xatirə şəkli çəkildi.
Keçidlər