Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Beynəlxalq Ana Dili Günü”nə həsr edilmiş tədbir keçirildi

19 fevral 2015 | 20:00

20 fevral 2015-ci il tarixində Sabunçu  qəsəbəsində  yerləşən  Bakı  Sənaye-Pedaqoji  Kollecində  21 fevral “Beynəlxalq  Ana  Dili  Günü”nə  həsr  edilmiş  tədbir  keçirildi.
    Tədbir Azərbaycan  Respublikasının  Dövlət  Himninin  oxunması  ilə başladı. Kollecin direktotu  Vidadi Orucov  tədbir  iştirakçılarını  salamlayaraq, ana  dilinin  paklığından, gözəlliyindən  danışaraq, dilimizin  Dövlət dili kimi  tanınmağında  Ulu  Öndər  Heydər Əliyevin  xüsusi  səyini  vurğuladı.   Tədbirdə  kollecin  dərnək  rəhbəri Abil İslam dil  haqqında  qələmə  aldığı  gözəl bir şeirini  söyləyərək, gəncləri  dilimizi  qorumağa  çağırdı. 
    Tədbir  tələbələrin hazırladığı  bir-birindən maraqlı  çıxışları  ilə  davam  etdi. Tədbirin  sonunda  Sabunçu Rayon  İcra  Hakimiyyəti Başçısı  aparatının İctimai-siyasi  və  humanitar  məsələlər  üzrə  şöbəsinin  baş  məsləhətçisi  Samirə Mehtiyeva  çıxış edərək, tədbiri yüksək qiymətləndirdi  və kollecin rəhbərliyi  başda olmaqla  bütün  kollektivə  öz  təşəkkürünü  bildirdi.

Keçidlər