Maştağa qəsəbəsində “Uşaqları dinləyək !” adlı layihə çərçivəsində növbəti görüş keçirildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 10 fevral - 23 aprel 2015-ci il tarixləri arasında xüsusi qrafikə müvafiq olaraq Sabunçu rayonunda yerləşən orta məktəblərdə valideyn, müəllim və şagird kollektivləri ilə erkən nigahlara, təhsildən yayınma halları və məişət zorakılığına həsr olunmuş “Uşaqları dinləyək !” başlığı ilə maarifləndirici layihə çərçivəsində 19 fevral 2015-ci il tarixində Maştağa qəsəbəsində yerləşən 209 saylı tam orta məktəbin akt zalında növbəti görüş keçirildi.
Sabunçu Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin nümayəndələrinin və qəsəbədə fəaliyyət göstərən bütün tam orta məktəblərdən olan valideyn və qız şagird kollektivlərinin iştirakı ilə keçirilən görüşdə tədbirin məqsədinə uyğun olaraq son dövrün aktual problemləri olan erkən nigah, təhsildən yayınma halları, reproduktiv sağlamlıq, məişət zorakılığı və qadın hüquqları mövzularında çıxışlar oldu, sonra tədbir iştirakçıları tərəfindən mövzu ətrafında maraqlı fikir mübadiləsi aparıldı.
Görüşün sonunda tədbir iştirakçılarına buklet və broşürlar paylanıldı.