Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Xocalı soyqırımının iyirmi üçüncü ildönümü ilə əlaqədar tədbir keçirildi

22 fevral 2015 | 20:00

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 26 yanvar 2015-ci il tarixli 6 nömrəli «Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi  haqqında» Sərəncamına əsasən Sabunçu  rayon İcra Hakimiyyəti tərəfindən müvafiq Tədbirlər Planı hazırlanaraq təsdiq edilmişdir.
Tədbirlər Planına uyğun olaraq 23 fevral 2015 – ci il tarixində Bakıxanov qəsəbəsində yerləşən N.İsmayılov adına 80 nömrəli məktəbdə “Xocalı soyqırımı qan yaddaşımızdır!” adlı tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, müavinlər, RİH aparatın şöbə müdirləri, qəsəbə icra nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, valideynlər, müəllimlər və şagirdlər iştirak etmişlər.
Əvvəlcə Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra müxtəlif idman yarışlarında uğurlar qazanmış məktəbin idmançı şagirdləri Azərbaycan Respublikasının Dövlət bayrağını gətirdilər və “Xocalıya Ədalət” adlı flaşmob keçirdilər.
Məktəbin şagirdləri hazırladıqları bədii kompozisiyada Xocalı soyqırımı haqqında danışaraq bu dəhşətli faciəni törədənləri pislədilər. Dünya ictimaiyyətini, dünyanın sülhsevər qüvvələrini Xocalı soyqırımına diqqət yetirməyə çağırdılar. Şagirdlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya Ədalət” kompaniyasını dəstəkləyərək bu qanlı faciəni törədənlərin cəzalarına çatacaqlarına əmin olduqlarını bildirdilər.
Tədbirin sonunda Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev çıxış edərək bildirdi ki, Xocalı soyqırımı kimi görülməmiş qəddarlığa məruz qalmaq bu dəhşətli faciəni yaşamaq nə qədər ağır olsada Azərbaycan xalqı sınmadı, əyilmədi. Adil Vəliyev çıxışında Azərbaycan xalqının yenilməzliyindən, haqq - ədalətin qalib gələcəyindən, möhtərəm Prezident İlham Əliyev cənablarının məqsədyönlü siyasəti nəticəsində işğal altında olan müqəddəs torpaqlarımıza qovuşacağımızı əminliklə vurğuladı.

Keçidlər