Sabunçu rayon ictimaiyyəti nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət etdilər
Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün qeyd edilməsi ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti başçısının 09.02.2015-ci il tarixində təsdiq edilmiş müvafiq Tədbirlər Planına uyğun olaraq 26 fevral 2015-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH aparatının məsul işçiləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədr və üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayonun fəal gənclərinin ümumilikdə 1600 nəfərin iştirakı ilə Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi ziyarət olunmuş, abidənin önünə tər güllər düzülmüşdür.
Həmçinin 26.02.2015-ci il tarixdə Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 81 nömrəli tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirildi. Tədbirdə bir daha o qanlı qadalı illər yada salındı. Xocalı qurbanlarının, gülləboran edilmiş insanların xatirəsi yad edildi. Məktəbin şagirdlərinin ifasında kiçik səhnəciklər göstərildi. Səhnəciklər vasitəsilə o dəhşətli gecə anıldı. Xocalı soyqırımını əks etdirən video çarxlar göstərildi. Məktəbin direktoru Nina Bitsoyeva Xocalı şəhərinin tarixindən danışdı. Tədbirdə iştirak edən Sabunçu rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Samirə Mehtiyeva öz çıxışında Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cı ildən başlanmış “Xocalıya Ədalət” beynəlxalq kompaniyasının işlərindən danışdı və bu kompaniyaya qoşulmaq Vətənini, xalqını sevən hər bir azərbaycanlının borcu olduğunu bildirdi.