Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən qanvermə aksiyası keçirilmişdir

26 fevral 2015 | 20:00

Azərbaycan Respublikası Prezidentinin “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 10 fevral 2015-ci il tarixli 1044 nömrəli Sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimiyyəti və Mərkəzi Qan Bankı 27 fevral 2015-ci il tarixində Kürdəxanı Sağlamlıq Mərkəzində qanvermə aksiyası təşkil etmişdir.
Kürdəxanı qəsəbəsində  fəaliyyət  göstərən  bütün  idarə  və  təşkilatlarının  işçiləri, o cümlədən adi vətəndaşlar  həvəslə və  könüllü olaraq  qana  ehtiyacı  olan  insanlara  kömək etmək üçün aksiyaya qoşuldular. Qanvermə  aksiyasında  iştirak  edənlər  əvvəlcədən  müayinədən  keçmiş, onlardan qan analizi  götürülərək sağlam olub-olmamaları  müəyyənləşdirilmişdir.
Talassemiya  və  Hemofiliya  irsi  qan  xəstəliklərinin  müalicə  olunmasında  qan  köçürmə  prossesi mühüm  rol  oynayır. Bu xəstələriklərdən  əziyyət  çəkən insanları  qanla  təmin  etmək  üçün  Sabunçu rayonunun bütün qəsəbələrində qanvermə  aksiyalarının keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər