Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda əhalinin dispanserizasiyası uğurla davam edir

01 mart 2015 | 20:00

Respublika əhalisinin sağlamlığı məsələlərini hər zaman diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyev 2015-ci il mart ayının 2-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırıq vermişdir.
Tapşırığın icrası ilə bağlı Sabunçu  Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüşdür. Belə ki,  əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin mütəşəkkil qaydada təmin olunması üçün Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 4 fevral 2015-ci il tarixli 52 nömrəli sərəncamı ilə  aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər üzrə aparılması nəzərdə tutulmuşdur. Aparılan dispanserizasiya ilə əlaqədar səhiyyə müəssisələrinin rəhbərlərinə müəssisələrdə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə tapşırıq verilmişdir. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmışdır.
Rayon əhalisinin tibbi müayinəsi 4 xəstəxana, 5 poliklinika və 1 ambulatoriyada keçirilir. 02 mart  tarixinə olan məlumata əsasən aksiya çərçivəsində rayonun 237200 nəfər əhalisindən 68573 nəfər vətəndaşın tibbi müayinədən keçməsi təmin edilmişdir. Tibbi müayinədən keçənlərin 65154 nəfəri sağlam hesab edilmiş, 3419 nəfərində xəstəlik aşkar olunmuş, onlardan 3093 nəfəri ambulator, 326 nəfər isə stasionar müalicəyə cəlb edilmişdır. Xəstəliyi aşkarlanan şəxslər dispanser qeydiyyata götürülərək onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunmuşdur. Eyni zamanda rayonda məskunlaşmış məcburi köçkünlərə və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədi ilə komissiya tərəfindən ixtisaslı həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Müayinələr zamanı ən çox arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, həzm, tənəffüs sistemi və əsəb xəstəlikləri aşkarlanmışdır.

Keçidlər