2012-ci ilin doqquz ayında Sabunçu rayonunun sosial-iqtisadi inkişafının yekunları
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə oktyabrın 10-da Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlət başçısı iclası giriş nitqlə açaraq bildirmişdir ki, ölkə üzrə cari ilin doqquz ayında makroiqtisadi göstəricilər yüksək səviyyədə olmuş, iqtisadiyyatımız doqquz ayda 1,1 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatında isə artım 10,3 faiz olmuşdur ki, bu da gələcəkdə Azərbaycanın neft-qaz amilindən asılılığını böyük dərəcədə aşağı endirə bilər. Ümumiyyətlə iqtisadi sahədə şaxələnmə siyasəti gələcəkdə də davam etdiriləcək.
Doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur ki, bununda təxminən 70 faizi daxili investisiyalardır. Burada özəl sektor da uğurla iştirak edir. Bütövlükdə isə özəl sektor ümumidaxili məhsulda öz yüksək çəkisini saxlayaraq 83 faizə çatdırmışdır ki, bu da Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərgərar olduğunu göstərir.
Kənd təsərrüfatında artım 6,3 faiz olmuşdur ki, bu da yaxşı göstəricidir və gələcəkdə də bu artım davam edəcək.
Ölkənin strateji valyuta ehtiyatları cari ilin əvvəlindən 5 milyard dollar artaraq hazırda 45 milyard dollar səviyyəsinə çatmışdır. Əgər ölkənin ərazisi və əhalisinin sayı nəzərə alınsa dünya miqyasında bu çox böyük göstəricidir və adambaşına hesabladıqda Azərbaycan qabaqcıl yerlərdən birindədir.
İqtisadi sahədəki inkişaf təbii ki, insanların yaşayış səviyyəsinə də təsirini göstərir. Cari ilin doqquz ayında əhalinin pul gəlirləri 12 faiz, infilyasiya isə cəmi 1,5 faiz artmışdır. Göründüyü kimi, inflasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq var və bu da çox yaxşı göstəricidir.
Artıq Azərbaycanda orta aylıq əmək haqqı 500 dollar, orta pensiya isə 190 dollar təşkil edir ki, bu da MDB məkanında ən yüksək göstəricilərdəndir.Eyni zamanda ölkənin bütün bölgələrində inkişaf, infrastruktur layihələrinin icrası, yeni iş yerlərinin açılması prosesi davam edir. Yalnız cari ilin əvvəlindən 84 min yeni iş yerləri açılmışdır ki, onlardan 73 mini daimi iş yeridir. Regionların sosial-iqtisadi inkişafı proqramının əvvəlindən - yəni 2004-cü ildən bəri bir milyon 100 min iş yeri açılmışdır ki, onlardan 800 mini daimi iş yeridir.
Əvvəlki illərdə olduğu kimi cari ilin doqquz ayı ərzində də ölkədə tikinti-quruculuq, sosial infrastrukturun yaradılması istiqamətində böyük nailiyyətlər əldə olunmuş, 188 məktəb və əlavə korpuslar tikilmiş, 103 məktəb əsaslı təmir edilmişdir. Xüsusilə bu proses Bakıda daha geniş vüsət almışdır. Cənab Prezident qeyd etmişdir ki, Bakıda gələn tədris ilinə qədər heç bir təmirsiz məktəb qalmayacaq.
Təbii və təqdirəlayiqli haldır ki, paytaxtımızın ən iri sənaye rayonlarından biri olan Sabunçu rayonunda da 2012-ci ilin 9 ayı ərzində iqtisadi və sosial sahələrdə dinamik inkişaf davam etmiş, bütün göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
Belə ki, cari ilin 9 ayı ərzində sənaye müəssisələri və idarələri tərəfindən məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 80,7 faiz artaraq 217,1 mln.manat, əsas kapitala yönəldilmiş investisiyaların həcmi 3,4 faiz artaraq 41,3 mln.manat, bunlardan tikinti-quraşdırma işlərinə ayrılmış vəsaitin həcmi 51 faiz artaraq 34,9 mln.manat, öz gücü ilə yerinə yetirilən podrat işlərinin həcmi 85 faiz artaraq 67,7 mln.manat, pərakəndə əmtəə dövriyyəsinin həcmi 6,7 faiz artaraq 510 mln.manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,6 faiz artaraq 146 mln.manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 9,4 faiz artaraq 392 manat, o cümlədən sənayedə çalışanların əmək haqqı da 17,3 faiz artaraq 488 manat təşkil etmişdir.
Cari ilin 9 ayı ərzində 2670 yeni iş yeri açılmışdır. Hal-hazırda rayon üzrə məşğul əhalinin sayı 28748 nəfər, o cümlədən büdcə təşkilatlarında çalışanlar 1018 nəfər, sənayedə 7625 nəfər, tikintidə 1007 nəfər, nəgliyyatda 661 nəfər, təhsildə 5248 nəfər, səhiyyədə 4196 nəfər, digər sahələrdə 899 nəfər olmuşdur.
2012-ci ilin 9 ayı ərzində məşğulluq mərkəzində 971 nəfər vətəndaş iş axtarmaq məqsədilə qeydə alınmışdır. Onlardan 421 nəfəri işlə təmin olunmuşlar ki, bunlardan da 119 nəfəri qulluqçu vəzifəsinə, 302 nəfəri isə fəhlədir, 71 nəfərə isə işsizlik müavinəti verilmişdir.
Rayon ərazisində 30177 nəfər vətəndaşa pensiya xidməti göstərilir. Bunlardan 19408 nəfər yaşa görə, 8085 nəfər əlilliyə görə, 2648 nəfər ailə başçısını itirdiyinə görə təyin edilmiş pensiyalardır. Hesabat dövrü ərzində 955 nəfərə pensiya təyin edilmiş, o cümlədən 521 nəfərə yaşa görə, 306 nəfərə əliliyə görə, 128 nəfərə ailə başçısını itirdiyinə görə təyin edilmişdir.
2012-ci ilin 9 ayı ərzində 2366 ailənin 9431 nəfər ailə üzvünə orta hesabla hər ailəyə 125 manat olmaqla ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. 278 nəfər şəhid, 7 Milli gəhrəman, 5 nəfər 20 yanvar şəhidlərinin ailələrinə, 51 nəfərə I qrup, 376 nəfərə II qrup, 59 nəfərə III qrup müharibə əlilinə Prezident təqaüdü, 1222 nəfərə kommunal xidmətlərə görə müavinət, 7843 nəfərə sosial müavinət təyin olunaraq ödənilmişdir.
Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 1490 №-li 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» cərcivəsində ümumən nəzərdə tutulmuş 16 sahəni əhatə edən 801 bənddən 119 bəndi Sabunçu rayonunun qəsəbələrində bütün sahələri əhatə edən tədbirlərin həyata keçirilməsinə aiddir.
Dövlət Başçısının 23 iyun 2012-ci il tarixli sərəncamı ilə «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əlavə tədbirlər planı da təsdiq edilmişdir. Həmin əlavə Təbirlər Planında Sabunçu rayonu üzrə 2012-2013-cü illər ərzində 52 bənddən, o cümlədən təhsil sahəsi üzrə 30, səhiyyə sahəsi üzrə 3, mədəniyyət sahəsi üzrə 1, su təchizatı və kanalizasiya sahəsi üzrə 2, əhalinin təhlükəsizliyi tədbirləri üzrə isə 15 bənddən ibarət işlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
2011 və 2012-ci ilin doqquz ayı ərzində həmin tədbirlərdən 32-i üzrə işlər başa çatdırılıb, 43-ü üzrə işlər davam etdirilir, 4 bənd üzrə isə layihə-smeta sənədlərinin tərtibatı və digər hazırlıq işləri aparılmaqdadır. Qalan 14 bənd üzrə işlərin yerinə yetirilməsi 2013-cü ildə nəzərdə tutulmuşdur ki, artıq onlardan da 1-də işlərin icrasına başlanılmışdır, 1-də isə hazırlıq işləri aparılır.
Ümumiyyətlə Proqramda nəzərdə tutulan ən iri həcmli işlərdən biri də təhsil sahəsidir ki, burada da cəmi 52 bənd üzrə 3472 şagird-yerlik 4 yeni məktəbin tikintisi, mövcud 6 məktəbdə 2600 şagird-yerlik 130 sinif otaqlarının tikintisi, 1 məktəbdə isə idman və akt zalının tikintisi, 3 yeni uşaq bağçasının tikintisi (iki yerdə 120 yerlik, bir yerdə isə 80 yerlik) və 43 təhsil obyektində (orta məktəb, uşaq bağçası və peşə məktəbləri binalarında) əsaslı təmir bə bərpa gücləndirmə işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur ki, bunlardan da artıq 29-da işlər başa çataraq istifadəqə verilmiş. 5-də isə işlər davam etdirilir. Qalan işlər cari 2012 və 2013-cü illərdə yerinə yetiriləcəkdir.
Proqrama əlavədə isə 17 mövcud məktəbin həyətində cəmi 424 sinifdən ibarət yeni korpusların tikintisi, 14 məktəb və 6 uşaq bağcasında isə əsaslı təmir işlərinin yerinə yetirilməsi nəzərdə tutulur ki, bununla da demək olar ki. rayonun bütün təhsil ocaqları bu və digər formada Dövlət Proqramı ilə əhatə olunaraq müasir səviyyəyə çatdırılacaq.
Səhiyyə sahəsi üzrə nəzərdə tutulmuş 2 bənddən ibarət işlərin də icrasına başlanmış, hal-hazırda bu obyektlərdə tikinti işləri davam edir. Bunlarla yanaşı proqramda mədəniyyət sahəsi üzrə 2, Gənclər və İdman sahəsi üzrə 4, əhalinin sosial müdafiəsi sahəsi üzrə 4, ekologiya sahəsi üzrə 1, sənayenin inkişafı üzrə 2, kənd təsərrüfatının infrastruktur təminatı üzrə 2, rabitə və informasiya sahəsi üzrə 3, istilik təchizatı sahəsi üzrə 11 bənddən ibarət tədbirlərin yerinə yetirilməsi nəzərədə tutulmuşdur ki, bunların da bir hissəsində işlərin icrasına başlanmışdır, digərlərində isə hazırlıq işləri aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün 3 mərtəbəli 50 yerlik ixtisaslsşdırılmış reabilitasiya və 50 yerlik sosial sığınacaq, eləcə də gözdən əlillər üçün 4 mərtəbəli tədris bərpa mərkəzlərinin tikintisinə başlanılmışdır. Hal-hazırda həmin obyektlərdə işlər davam edir. Qeyd etmək lazımdır ki, hər üç binada xəstələrin sağlamlığının bərpası üçün əlavə idman korpuslarının tikintisi də nəzərdə tutulmuşdur.
Bundan başqa Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən Bakıxanov qəsəbəsini Y.Əliyev küçəsində 3 mərtəbəli Gənclər evinin tikintisinə bu yaxınlarda başlanmışdır.
Proqramda rayonun bütün qəsəbələrində yeni daxili yolların tikintisi və təmiri üzrə də böyük həcmli işlərin görülməsi nəzərdə tutulmuşdur və artıq bunlardan xeyli hissəsi bir sıra qəsəbələrdə yerinə yetirilib. Ümumilikdə bu günə qədər rayon üzrə 40 km-ə yaxın (320000 m2-ə yaxın) mərkəzi və məhəllədaxili yollar təmir olunaraq asfaltla örtülmüşdür.
Sabunçu-Maştağa avtomobil yolunun Zabrat körpüsünə qədər olan məsafədə əsaslı təmiri və asfalt örtüyünün vurulması və ətraf sahələrdə abadlıq işlərinin aparılması başa çatdırılmış, cari ilin sentyabr ayının 27-də Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Eləcə də Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində Bakıxanov qəsəbəsinə qədər yolda da təmir işləri başa çatdırılmış, hal-hazırda isə Y.Əliyev küçəsində yenidənqurma və yolun genişləndirilməsi, Dəmiryolu keçidindən Sabunçu körpüsünə qədər yolun ətrafında yenidənqurma və abadlıq işləri davam etdirilməkdədir ki, bunlarında xeyli hissəsi İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.
Əhalinin su təchizatının yaxşılaşdırılması məqsədilə 2012-ci ilin ayı ərzində ümumilikdə 33200 metrə yaxın müxtəlif diametrli borularla su xətti şəkilmişdir. O cümlədən: Bakıxanov qəsəbəsi üzrə 2880 m, Sabunçu qəsəbəsi üzrə 2410 m, Zabrat qəsəbəsi üzrə 1500 m, Maştağa qəsəbəsi üzrə 300 m, Nardaran qəsəbəsi üzrə 1680 m, Pirşagı qəsəbəsi üzrə 600 m, Ramana qəsəbəsi üzrə 4650 m müxtəlif diametrli su xətləri çəkilmişdir.
Sabunçu şossesi boyu Sabunçu-Zabrat qəsəbəsindən keçən uzun illər istismarda olan su kəməri çürüyüb sıradan çıxdığından həmin borular “Azərsu” ASC-nin sifarişi ilə uzunluğu 14000 m olan yeni polietilen borularla dəyişdirilmişdir. Bu tədbirin davamı olaraq həmin yolun ətraf ərazisində 5300 m məhəllədaxili xətlər də yenisi ilə əvəz edilmişdir.
Bundan başqa rayon üzrə 165 dəst müxtəlif ölçülü siyirtmələr, 3 ədəd yanğın hidratı quraşdırılmış, Bakıxanov qəsəbəsində ümumi tutumu 1500 kub.m olan 2 ədəd, Bilgəh qəsəbəsində hər birinin tutumu 1000 kub.m olan 4 ədəd, Ramana qəsəbəsində hər birinin tutumu 10000 kub.m olan 2 ədəd su anbarlarının tikintisi davam edir.
Bakıxanov, Sabunçu qəsəbələrində su nasos stansiyasının tikintisi başa çatdırılmış, Balaxanı qəsəbəsində isə 1 nasos stansiyasının tikintisi davam edir.
Ötən 9 ay ərzində rayonda kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədilə Bakıxanov, Zabrat, Balaxanı və Bilgəh qəsəbələrində 1660 m müxtəlif diametrli xətlər çəkilmişdir.
Hal-hazırda «Azərsu» ASC tərəfindən Dövlət Proqramı çərçivəsində rayonun bütün qəsəbələrinin və yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya şəbəkəsinin yaradılması üzrə layihələndirmə işləri aparılmaqdadır. O da qeyd edilməlidir ki, Balaxanı qəsəbəsi yaxınlığındakı «Yanardağ» adlanan yüksəklikdə hal-hazırda hərəsinin tutumu 10 min kub m. olan 8 ədəd su anbarının inşası davam etdirilir. Həmin işlər başa çatdıqdan sonra nəinki Sabunçu rayonu eləcə də digər qonşu rayonların da qəsəbələrini içməli su ilə tam təmin etmək mümkün olacaqdır.
Məlum olduğu kimi Maştağa-Ramana-Zabrat-Kürdəxanı-Pirşağı zonasında bir sıra amillərlə bağlı xüsusilə payız-qış mövsümündə qrunt sularının səviyyəsi daha da qalxaraq yaşayış məntəqələrini, yolları su basır, ciddi çətinliklər yaranır. Həmin zonada bu problemin tam həlli üzrə dövlət rəhbərliyinin tapşırığına əsasən mütəxəssislər tərəfindən layihələr hazırlanır və artıq ilkin təkliflər mövcuddur yəgin ki, yaxın illərdə bu məsələ də öz həllini tapacaq. Lakin elə sahəlar var ki, burada müəyyən işlər görməklə həyətlərdə çirkab suların yığılmasının qarşısını almaq olar. Belə ki, Ramana qəsəbəsindəki qaçqınlar şəhərciyində su və kanalizasiya xətlərində təmir-pərpa işləri aharılaraq oradakı nasosxana “Azərsu” ASC-nin balansına verilməsi, Pirşağı qəsəbəsi, 2 saylı sovxozda çirkab suların axıdılması üçün çəkilmiş xətdə bir sıra yenidənqurma işləri aparılaraq xəttin çökən hissələrinin qaldırılmasını və nəhayət Maştağa qəsəbəsində FHN tərəfindən başlanmış işlərin sürətləndirilməsi və başa çatdırılması nəticəsində vəziyyət xeyli yaxşılaşmış olar.
Dövlət Proqramı çərçivəsində “Azəriqaz” İB-nin sifarişi ilə podratçı təşkilatlar tərəfindən ümumilikdə rayon üzrə 707400 m uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilmişdir. Bu işlər Sabunçu, Balaxanı. Ramana, Maştağa, Bilgəh, Nardaran, Zabrat, Kürdəxanı və Pirşağı qəsəbələrində görülmüşdür.
Ümumiyyətlə 9 ay ərzində bu sahədə 21654 ədəd “Smart-Kart” tipli yeni qaz sayğacları quraşdırılmış, 26 ədəd müxtəlif diametrli siyirtmələr, 44 ədəd müxtəlif tipli tənzimləyicilər quraşdırılmışdır.
Əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədilə rayon üzrə 8 yeni TM və KTM-lər quraşdırılmış, 61 TM və KTM-də yenidənqurma işləri aparılmış, 10800 m yüksək gərginlikli, 1370 m alçaq gərginlikli kabel xətləri, 10830 m yüksək gərginlikli, 7200 m alcaq gərginlikli hava xətləri çəkilmiş, 32 ədəd yüksək gərginlikli, 267 ədəd 0,4 KV-luq, 299 ədəd 6 və 10 KV-luq qoruyucular quraşdırılmış, digər yenidənqurma və təmir-bərpa işləri aparılmışdır.
9 ayı ərzində istehlak olunmuş elektrik enerjisinə görə ödəniş 91 faiz, təbii qaza görə 100 faiz, suya görə 62 faiz təşkil etmişdir.
Rayonun mərkəzi küçələrində işıqlandırma sisteminin yaxşılaşdırılması üçün 14500 m məsafədə köhnə 426 ədəd dirəklər çıxarılaraq yeni sink örtüklü dirəklərlə əvəz edilmişdir.
Yaşayış binaları və sosial obyektlərin istilik təminatını yaxşılaşdırmaq məqsədilə cari ilin 9 ayı ərzində 28 qazanxana, 5 istilik məntəqəsində və magistral istilik xətlərində müəyyən təmir-bərpa işləri görülərək 131 yaşayış binasına, 18 məktəbə, 9 uşaq bağçasına, 7 səhiyyə obyektinə və 10 digər obyektə fasiləsiz olaraq istilik enerjisi ötürməyə hazır vəziyyətə gətirilmişdir.
Dövlət Proqramı çərçivəsində 72 saylı məktəbin qazanxanası sökülərək yerində 700000 kkal/saat gücü olan müasir tipli qazanxana tikilmişdir . Bakıxanov qəsəbəsində yerləşən 320 saylı qazanxanada da yenidənqurma işləri aparılaraq 350000 kkal/saat gücü olan yeni qazan quraşdırılmışdır.
Görülən tədbirlərin nəticəsində növbəti payız-qış mövsümündə əlavə olaraq 10 yaşayış binasına, 1 məktəb və 1 səhiyyə müəssisəsinə istilik verilməsi mümkün olacaqdır.
Lakin göründüyü kimi hələ xeyli binaya istilik verilməsi təmin edilməmişdir ki, bu məsələ də öz həllini tapmalıdır. Bu barədə aidiyyatı üzrə bizim Bakı şəhər İcra Hakimiyyətinə və onun Mənzil Kommunal Təsərrüfatı Departamentinə müvafiq müraciətlərimiz olsa da hələlik bu sahədə ümumiyyətlə binadaxili istilik, su, kanalizasiya, elektrik xətlərinin təmir-bərpa işlərinin yerinə yetirilməsində aydınlıq yoxdur. Mənzil Kommunal Təsərrüfatı Departaminti bu işləri təchizatcı təşkilatların üstünə atır digər tərəflər isə hesab edirlər ki, həmin işlər departament və onun yerli idarələri tərəfindən görülməlidir.
Eyni zamanda rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 44 və 47 saylı MKİS-nin Surxay Cabbarov, Sülh küçələrində, 4090/94 və 4085-ci məhəllərindəki 30 yaşayış binasına da aşağı istilik paylama xətlərindən mənzillərə qalxan dik dayaqların bərpası və zirzəmilərdəki çirkab suların təmizlənməsi ilə mövsümdə istilik verilməsi mümkündür və bu işləridə daxili imkanlar hesabına yetirilə bilər.
Əhalinin rabitə xidmətinin yaxshılaşdırılması məqsədilə sabunçu Telefon Qovşağı üzrə ATS-in ümumi tutumu 67875 ədəd olmaqla əhalinin istifadəsində olan nömrələrin sayı 151 ədəd artırılaraq 62126-ya çatdırılmışdır.
Telefon qovşağının xidmət göstərdiyi bütün EATS-də ümumi tutumu 10550 port olan geniş zolaqlı internet xətti (ADSL) qurashdırılaraq rayon üzrə ADSL istifadəcilərinin sayı 1149 nəfər artırılaraq 8874-ə çatmışdır.
Rabitə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Bakıxanov qəsəbəsi üzrə 1004, Zabrat qəsəbəsi üzrə 1035, Maştağa qəsəbəsi üzrə 192, Bilgəh qəsəbəsi üzrə 80, Balaxanı qəsəbəsi üzrə 160, Pirşağı qəsəbəsi üzrə 64, Nardaran qəsəbəsi üzrə 96, Ramana qəsəbəsi üzrə 80, Sabunçu qəsəbəsi üzrə 352 portluq ADSL avadanlığı artırılaraq abunəçilərin istifadəsinə verilmişdir. Bu sahədə işlər davam etdirilir.
Nəticədə rayonun bütün qəsəbələrində əhalinin təbii qaz və elektrik enerjisi ilə təchizatı eləcə də rabitə xidmətinə olan tələbatı əsaslı surətdə yaxşılaşdırılmışdır. Əminliklə demək olar ki, Dövlət Proqramının tam icrası nəticəsində digər sahələrdə olduğu kimi, o cümlədən istilik, su təchizatı, kanalizasiya sahələrindəki mövcud çətinliklər də aradan qaldırılacaq, daxili yolların təmir-bərpası və nəzərdə tutulmuş digər tədbirlər tam başa çatdırılaraq əhalinin güzaranı, sosial vəziyyəti daha da yaxşılaşacaq.
Ümüdvarıq ki, Dövlət Proqramının və ona əlavə tədbirlər planının icrası Sabunçu rayonunda uğurla həyata keçəcəkdir, bu sahədə bizim də üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəyik.
Cari ilin əvvəlindən rayonun sosial-iqtisadi inkişaf planına uyğun olaraq rayon ərazisində Respublikanın və şəhərin müvafiq mərkəzi dövlət orqanları, eləcə də rayonun daxili imkanları hesabına da xeyli sosial əhəmiyyətli tədbirlərin, obyektlərin, qurğuların tikinti-quraşdırma və abadlıq işlərinin aparılması təmin edilmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyev ötən ilin aprel ayında Sabunçu qəsəbəsində aparılan abadlıq işlərinin gedişatı ilə tanış olarkən sakinlərin müraciətini nəzərə alaraq 12 saylı şəhər poliklinikasının sökülərək yerində yenisinin tikinisi üçün Prezident Fondundan 2,0 milyon manat vəsait ayrılmasına sərəncam vermişdir ki, hal-hazırda həmin obyektin də ümumi tikinti işləri başa çatmaq üzrədir.
Hal-hazırda «Yeniləşən Azərbaycanda yeni məktəb» devizi altında Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsindəki 112 saylı məktəbin köhnə binası sökülərək yerində yeni 3 mərtəbəli tədris korpusunun tkintisi davam etdirilir.
Bundan başqa hal-hazırda Səhiyyə Nazirliyi tərəfindən aparılan Bilgəh qəsəbəsindəki 28 saylı Birləşmiş şəhər Xəstəxanasında əsaslı təmir işləri başa çatmışdır.
Zabrat qəsəbəsi ərazisində 2010-cu ilin dekabrında istifadəyə verilmiş 9 mərtəbəli yaşayış binasının yanında Qarabağ Əlilləri və Şəhid ailələri üçün yeni 9 mərtəbəli 81 mənzilli yaşayış binasının inşası başa çatmaq üzrədir.
Sabunçu qəsəbəsi Rəsulzadə küçəsindəki 3№-li kəskin qəza vəziyyətində olan 3 mərtəbəli yaşayış binası sökülərək yerində 5 mərtəbəli, 66 mənzilli yeni bina tikilərək sakinlərin istifadəsinə verilmişdir.
Bundan başqa Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsi 5-ci döngədə yerləşən 8 saylı qəzalı bina sükülərək yerində 3 mərtəbəli yaşayış evi tikilir. Tərəfimizdən edilmiş müraciət əsasında Balaxanı qəsəbəsi VI mədən sahəsindəki qəzalı vəziyyətdə olan ikimərtəbəli 68 mənzilli yaşayış binasında Dövlət Neft Şirkəti tərəfindən təmir-bərpa işləri aparılmışdır. Ümumiyyətlə rayon ərazisində belə qəzalı vəziyyətdə olan əlavə 9 binada da bərpa işlərinin aparılmasına ehtiyac var ki, bu məsələdə nəzarətə götürülmüşdür.
Hal-hazırda, Bakıxanov qəsəbəsinin Sülh küçəsində rayon Prokurorluğunun 3 mərtəbəli yeni inzibati binasının tikintisinə başlanmış, Yavər Əliyev küçəsində Sabunçu rayon Mühafizə İdarəsi və rayon Elektrik Enerjisi Satışı və İstismarı İdarəsi üçün yeni 3 mərtəbəli inzibati binaların tikintisi başa çatdırılmaq üzrədir və həmin yerdə rayon Məhkəməsi üçün inzibati binanın tikintisinə hazırlıq işləri aparılır.
Bakıxanov dəmiryolu stansiyasından İcra Hakimiyyətinə qədər, uzunluğu 2 km-ə yaxın olan alleyada təmir-bərpa işləri başa çatdırılmış, Heydər Əliyev adına istirahət parkında isə yenidənqurma işləri davam etdirilməkdədir.
Cari ilin aprel ayından başlayaraq qəsəbələrin sosial-iqtisadi inkişafı, infrastruktur obyektlərin yenidənqurulması, əhalinin sosial problemlərinin həll edilməsi istiqamətində geniş miqyaslı, təxirəsalınmaz tədbirlər görülməkdədir. Belə ki, Bakıxanov qəsəbəsinin mərkəzi Y.Əliyev, Mehmandarov, Fətəliyev, Sülh və digər küçələrində abadlıq təmir-tikinti, yenidənqurma işlərinə başlanılmışdır. Bu məqsədlə həmin küçələrdə qəsəbənin görkəminə uyğun olmayan obyektlər, müxtəlif tikililər sökülərək geriyə, yaşayış binalarının bərabərində bir xətt üzrə yenidən qurulmasına başlanmış, ərazi yöndəmsiz çəpərlərdən, köşklərdən təmizlənmişdir. Hazırda 11 yaşayış binasının fasadında təmir-bərpa, aqlayla üzləmə işləri davam edir, bəzi binalarda başa çatmaq üzrədir. Bu işlər digər binalarda da aparılacaq.
Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən cari ilin 9 ayı ərzində 7 binanın dam örtüyündə 3000 kv.m-ə yaxın əsaslı, 20 binanın dam örtüyündə isə 1800 kv.m-ə yaxın cari təmir işləri aparılmış, 410 m tüstü bacası təmizlənmiş, 325 m navalçada, 61 ədəd giriş qapılarında, 65 ədəd pəncərədə cari təmir, 250 m-ə yaxın çirkab su xətlərində əsaslı təmir, 785 m-də cari təmir işləri aparılmışdır.
Bildiyiniz kimi rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə cari ilin aprel-may aylarında 4 ədəd məişət tullantıları daşıyan «Ford» markalı KAO, 2 ədəd «Kamaz» markalı, 3 ədəd “İsuzu” markalı, 1 ədəd “Jak-X-ZL” markalı yükünü özü boşaldan KAO, 280 ədəd təzə zibil qabları alınaraq qəsəbələrə verilmiş, bununlada zibil konteynerlərinin sayı 591-ə çatdırılmış, 37 yeni zibil meydançası tikilmiş və 205 zibil meydançasının ətrafına asfalt çəkilmiş, nəticədə yerlərdə məişət tullantılarının vaxtında daşınması və sanitar-təmizlik işlərin aparılmasında nəzərə çarpacaq dərəcədə irəliləyiş əldə edilmişdir. Bu sahədə işlər daha da təkmilləşməli, mövcud çatışmamazlıqlar tam aradan qaldırılmalıdır. Bu işlər yalnız bir qrumun deyil, o cümlədən qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin. MKİS-lərinin gündəlik diqqət mərkəzində olmalı, yerlərdə məişət tullantılarının daşnması üzrə müqavilələrin bağlanması və ödənişlərin təmin edilməsinə birgə kömək edilməlidir. O da qeyd edilməlidir ki, bu sahəyə rayon rəhbərliyi tərəfindən gündəlik nəzarət edilir və bu davam edəcək.
Bundan başqa birliyin balansında olan Bakıxanov qəsəbəsinin Ş.Kamilov, A.Abbasov, Ə.Kərim, M.Fətəliyev, Ərəblinski, Sülh küçələrində 23 evin 50000 m-ə yaxın məhəllədaxili ərazisinə asfalt örtüyü vurulmuşdur.
248 sərnişin liftindən 16-sı müasir tipli yeni elektron tipli liftlərlə əvəz edilmiş, 48 liftdə əsaslı təmir işləri aparılmışdır ki, bununda nəticəsində sakinlərin liftlərdən istifadəsi xeyli yaxşılaşmışdır.
Bununla belə məlum olmuşdur ki, hələ də 4, 3 saylı XT B-nin MKİS-ləri üzrə 3 lift müxtəlif səbəblərdən işləmir ki, xahiş edirik bununla bağlı da həmin qurumların rəhbərləri müvafiq tədbir görsünlər.
Bakı şəhəri MKTD-nin 1 və 3 saylı MKTB-nin rayondakı 39, 73, 146, 147, 148 saylı MKİS-lərinin xidməti ərazilərində 2900 kv.m dam örtüyü təmir edilərək şüşə ruberoid, 205 kv.m dam örtüyünə isə şifer vutulmuş, 250 m uzunluğunda yeni su xətləri çəkilmiş, bir sıra binalarda tüstü bacaları təmizlənmiş, qapı, pəncərə, su navalçaları, çirkab su boruları dəyişdirilmiş, Sabunçu qəsəbəsi İ.Aslanov küçəsi 10 və 26 Bakı Komissarı küçəsi 32 saylı binalarda təmir işləri aparılmışdır.
Cari ilin əvvəllərindən rayonun mərkəzi küçələrindən, məhəllədaxili ərazilərdən onlarca yöndəmsiz piştaxtalar, köşklər götürülmüş, küçə ticarətinin, qanunsuz ət-kəsilib satılmasının, yol kənarlarına xırda buynuzlu heyvanların sürülərək satılmasının qarşısının alınması üzrə ciddi tədbirlər həyata keçirilmişdir.
Hal-hazırda rayon İcra Hakimiyyəti tərəfindən qəsəbə nümayəndələri və bələdiyyələrin, eləcədə digər əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbərləri qarşısında artıq qeyd etdiyim kimi çox vacib bir məsələ qoyulmuşdur; hər kəs öz işində dönüş yaratmalı, bu vaxta qədər buraxılan nöqsanların qısa müddət ərzində aradan qaldırılması və bir daha təkrar olunmaması, küçə və meydanlarda, məhəllədaxili ərazilərində səliqə-səhman, təmizlik yaratmalı, qanunsuzluqların kökünü birdəfəlik kəsməklə rayonun simasını dəyişib daha müasir görkəmə gətirməliyik.
Rayon İcra Hakimiyyəti 2012-ci ilin doqquz ayı ərzində öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Yerli İcra Hakimiyyəti haqqında» əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini təmin etməyə, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
Cari ilin doqquz ayı ərzində İcra Hakimiyyəti Aparatına 3130 ərizə və 2010 məktub daxil olmuş, qəbul günlərində 191 nəfər, səyyari görüşlərdə isə 188 nəfər vətəndaş dinlənilərək onların arzu və istəklərinə baxılmışdır. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, yazılı və ya şifahi izahatlar verilmişdir. Zəruri hallarda hər cür müxtəlif köməkliklər göstərilmişdir.
Belə ki, edilmiş müraciətlər əsasında 9 ay ərzində vətəndaşlara İcra Hakimiyyəti, qəsəbələr üzrə nümayəndəliklər və bələdiyyələr tərəfindən aztəminatlı ailələrə maddi yardım, evlərin təmiri, məişət avadanlıqlarının alınması və s. kömək məqsədilə təqribən 72 min manat məbləğində maddi yardımlar göstərilmişdir.
Cari ilin əvvəlindən Rayon İcra Hakimiyyəti başçısının əlaqədar xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə birlikdə rayonun bütün qəsəbələrdə 14 dəfə səyyari görüş keçirmişdir. Həmin görüşlərdə qaldırılan bütün məsələlər zəruri hallarda dərhal öz həllini tapmış, vaxt tələb edən məsələlər isə sistemləşdirilərək həlli nəzarətə götürülmüşdür. Bütün bunlar da sakinlər tərəfindən rəğbətlə qarşılanmaqdadır.
Eyni zamanda bu görüşlər zamanı sakinlərin müraciətlərinin ümumi xarakteri və müşahidələrimiz də bir daha göstərir ki, bir neçə il öncə mövcud olmuş yerlərdə böyük və ciddi narahat edici sosial problemlər indi yoxdur və olanlar da Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuşdur - icrası nəzarətdədir.
Rayon ərazisində 50 müxtəlif binalarda məskunlaşmış 2100 məcburi köçkün ailələrinin məişət-kommunal şəraitlərinin yaxşılaşdırılması, binalarda müəyyən təmir-bərpa işlərinin aparılmasına köməkliklər edilmiş, onların enerji, su təchizatı, digər kommunal xidmətlərin göstərilməsi nəzarətdə saxlamışdır. Novruz bayramı ərəfəsində ərazidə məskunlaşmış məcburi köçkün, Qarabağ əlilləri, şəhid ailələri və digər az təminatlı 2300 ailəyə, “Ramazan” bayramında 500-ə qədər ailəyə ərzaq bağlamaları verilmiş, digər gündəlik tələbat malları ilə köməkliklər göstərilmişdir.
Bundan başqa «20 Yanvar hüzn günü», «Xocalı faciəsi», «Azərbaycanlıların soyqırımı günü» ilə bağlı rayonda hər il olduğu kimi silsilə mərasimlər keçirilmiş və rayon ictimaiyyətinin iştirakı ilə digər tədbirlər keçirilmişdir.
Gələcəkdə də fəaliyyətimizi bu istiqaməndə daha da genişləndirərək rayonumuza yeni təyin olunmuş rayon İcra Hakimiyyəti Başçısı ətrafında sıx birləşərək 2012-ci ilin sonuna kimi ölkə Prezidenti tərəfindən qarşımızda qoyulmuş vəzifələri layigincə yerinə yetirəcəyik.