Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Futbol Komandası qalib oldu

27 fevral 2015 | 20:00

28 fevral 2015-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Sabunçu Futbol Komandasının heyəti ilə görüş keçirildi. Görüşün keçirilməsinə səbəb AFFA-nın təşkil etdiyi Anatoliy Banişevskinin 69 illik yubileyinə həsr olunmuş respublika üzrə futbol turnirində Sabunçu Futbol Komandasının I yerə layiq görülməsi idi. Görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, icra nümayəndələri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov və Sabunçu Futbol Komandasının bütün heyəti iştirak edirdi.
Giriş sözü ilə tədbir iştirakçılarını salamlayan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ilk növbədə Sabunçu Futbol Komandasının bütün heyətini qalibiyyət ilə təbrik etdi və daha böyük nailiyyətlər dilədi. A.Vəliyev bildirdi ki, bu uğur Sabunçu rayonunda futbolun inkişafı baxımından olduqca əhəmiyyətlidir. Futbolun inkişafı hər bir ölkə üçün vacibdir və bütün dünyada olduğu kimi Azərbaycanda da futbol ən sevimli idman növüdür. Bu gün dövlətimiz tərəfindən uşaqların, gənclərin, yeniyetmələrin futbol seksiyalarına, qoşulmaları üçün, professional futbolla məşğul olmaq üçün bütün lazımi şərait yaradılmışdır.  Son illərdə rayonumuzda bir neçə futbol meydançalarının tikildiyini vurğulayan Adil Vəliyev idman kütləviliyinin təmin edilməsi üçün Sabunçu rayonunda böyük işlər aparıldığını qeyd etdi.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov isə öz çıxışında qeyd etdi ki, dövlətimizin başçısı İlham Əliyev ölkədə idmanın, o cümlədən futbolun inkişafına böyük diqqət yetirir. İdmanın bu növünün inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir. Bu gün ölkəmizdə bütün sahələrdə, o cümlədən idmanda və bədən tərbiyəsində tərəqqi müşahidə olunur.
Sonra Sabunçu Futbol Komandasının baş məşqçisiEmil Cəfərovkomanda üzvləri adından göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi və inamla qeyd etdi ki, Sabunçu Futbol Komandasının idmançıları gələcəkdərayon futbolunun inkişafına öz töhfələrini verəcəklər. Emil Cəfərov Sabunçu Futbol Komandasının qazandığı kubokuSabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə təqdim etdi.
Görüşün sonunda qazanılan uğur münasibətilə tort kəsildi və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Komandanın hər bir üzvünə pul mukafatı təqdim edildi.

Keçidlər