Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “8 Mart- Beynəlxalq Qadınlar Günü” qeyd olundu

05 mart 2015 | 20:00

06 mart 2015-ci il tarixində Sabunçu  Rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir  keçirilmişdir.Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, Millət vəkili Eldar Quliyev, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun təhsil, səhiyyə və mədəniyyət sahəsində fəaliyyət göstərən  müəssisə rəhbərləri iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbir iştirakçılarını salamlayaraq, xanımları bayram münasibətilə təbrik etdi, onlara can sağlığı və müvəffəqiyyətlər arzuladı. Adil Vəliyev qeyd etdi ki, ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Bu gün Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nın xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.
Sonra Millət vəkili Eldar Quliyev, Sabunçu rayon Məhkəməsinin sədri İlqar Abbasov, MTN Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, Sabunçu rayon Prokuroru Ceyhun Şirinov, SRİH başçısının I müavini Güloğlan Məmmədov, müavin Aftandil Hüseyn-zadə çıxış edərək bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdilər, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Tədbirdə rayonun ictimai-siyasi, sosial-mədəni həyatında xüsusi xidmətləri ilə fərqlənən qadınlar icra hakimiyyətinin diplomları ilə təltif olundular.
Tədbirdə çıxış edən qadınlar dövlət qayğısından razılıq etdi,  vətənimizin çiçəklənməsi və övladlarımızın vətənpərvərlik ruhunda tərbiyə olunması naminə mətanətli olacaqlarını, səylərini artıracaqlarını bildirdilər.
Sonda bütün iştirakçılara gül çələngi və hədiyyələr təqdim olundu.

Keçidlər