Şriftin ölçüsü :

Saytın rəngi :

Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda məskunlaşan kimsəsiz ahıllar üçün tibbi müayinə təşkil olundu

06 mart 2015 | 20:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2015-ci il fevral ayının 02-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə verdiyi tapşırığa əsasən Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xaricdə təhsil almış bir qrup uzman həkimlər tərəfindən 7 mart 2015-ci il tarixdə rayonun Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda məskunlaşan kimsəsiz qocalar üçün tibbi müayinə təşkil edildi. Pansionatın direktoru Qətibə Əsədova bu cür aksiyaların keçirilməsinin vacibliyini qeyd etdi. Pansionatın sakinləri isə onlara göstərilən tibbi xidmətə görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Tibbi müayinə “8 Mart Beynəlxalq Qadınlar Günü”nə təsadüf etdiyindən Pansionatın yeməkxanasında ahıllar üçün bayram süfrəsi açıldı, qadınlara hədiyyələr təqdim olundu və tədbir bayram konserti  ilə davam etdi.

Keçidlər