Şriftin ölçüsü :

Saytın rəngi :

Zabrat qəsəbəsindəki Uşaq Sanatoriyalarında müalicə alan körpələrlə Novruz şənliyi keçirildi

12 mart 2015 | 20:00

13 mart 2015-ci il tarixində Novruz bayramı ərəfəsində Sabunçu rayon İcra Hakimiyyəti və Qızıl Aypara Cəmiyyətinin Sabunçu rayon təşkilatı tərəfindən Zabrat qəsəbəsindəki 2 saylı Uşaq Nevroloji və 5 saylı Uşaq Somatik Sanatoriyalarında tədbirlər keçirildi.
Hər iki Uşaq Sanatoriyasında müalicə alan uşaqlarla görüş keçirilmiş, uşaqların ifasında mahnı və şeirlər dinlənilmiş və hər birisinə hədiyyələr təqdim edilmişdir. Görüşlərdə Sabunçu rayon İcra Hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak etdilər.

Keçidlər