Sabunçu rayonunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirildi
Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı şəhərində“ İlaxır çərşənbə” və Novruz bayramı münasibətilə şənliklərin keçirilməsi haqqında” 26.02.2015-ci il tarixli 79 saylı sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq rayonun mərkəziküçə, park və meydanlarında sanitar-təmizlik, abadlıq işləri başa çatdırılmış, müəyyən olunmuş yerlərdə bayramsayağı tərtibat işləri aparılaraq rayon ərazisində silsilə tədbirlər keçirilmişdir.
Beləki, Novruz bayramı ərəfəsində 13 mart 2015-cü il tarixində rayonun Zabrat qəsəbəsində yerləşən 5saylı Uşaq Somatik və 2 saylı Uşaq Nevroloji Sanatoriyalarında müalicə alan uşaqlara, 14mart 2015ci il tarixində Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təhsili alan gənclərlə, Rayon İcra Hakmiyyətinin inzibati binasında qəyyumluqda olan uşaqlarla və 16 mart2015-ci il tarixində rayonun Pirşağı qəsəbəsi “Qızıl-Qum” sanatoriyasında məskunlaşan Xocalı sakinləri ilə bayram görüşləri keçirilmişdir. Azərbaycan xalqının adət və ənənələrini özündə canlandıran, vətəndaşlarımıza sevinc bəxş edən Novruz bayramının yüksək əhval-ruhiyyədə və təntənəli keçirilməsi məqsədilə 10-18 mart 2015-ci il tarixlərində rayonun hərbir qəsəbəsində bayram tədbirləri təşkil olunmuşdur. Bayram tədbirləri keçirilən ərazilər gözəl bəzədilmiş, orada bayram süfrələri qurulmuş, tonqallar yandırılmışdır. Xalqın sevimlisi olan “Keçəl” və “Kosanın”, “Bahar” qızının və “DədəQorqud”un çıxışlarında birdaha xalqımızın milli ənənəvi xüsusiyyətlərini özündə əks etdirən Novruz bayramının və baharın gəlişi qeyd edilmişdir. Həmçinin, rayonun aztəminatlı, imtiyazlı və ehtiyacı olan, şəhid və qaçqın ailələrinə ənənəvi olaraq bayram sovqatları paylanılmışdır.