Şriftin ölçüsü :

Saytın rəngi :

22 Oktyabr 2023-cü il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Mütəllimzadə Ağacavad Ələsgər oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi.

22 oktyabr 2023 | 11:52
     22 Oktyabr 2023-cü il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Mütəllimzadə Ağacavad Ələsgər oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsinin müavini Ramin Ağazadə, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
     Mütəllimzadə Ağacavad Ələsgər oğlu 14.08.1997-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuşdur. Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 108 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır.
     Vətən müharibəsi başlayan kimi könüllü ordu sıralarına yazılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
     25.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
     26.10.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq  Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər