Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Futbol"idman növü üzrə rayon turniri keçirilmişdir

06 aprel 2015 | 19:00

07 aprel  2015-ci il tarixdə Sabunçu Rayon  Gənclər  və İdman İdarəsinin və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə  təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən 80 saylı orta məktəbin futbol meydançasında Sabunçu rayonu məktəblərinin komandaları arasında  "Məktəbli Kuboku" uğrunda "Futbol" idman növü üzrə rayon turniri keçirilmişdir. Rayon turnirində 16 məktəb iştirak edərək gərgin mübarizə aparmışlar. Yekun oyunda 80 №-li tam orta məktəbin komandası qalib gələrək  I yerə layiq görülmüşdür, II 307 №-li tam orta məktəb, III 67№-li tam ortaməktəbin komandaları yer almışlar. Qalib gələn komandalara hədiyyələr təqdim edilmişdir.

Keçidlər