Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda ağacəkmə kampaniyası

10 aprel 2015 | 19:00

Son illər  Sabuncu rayonunda ağac əkimi, yeni yaşıllıqların salınması ənənə halını almışdır.Bu cür tədbirlərdən biri də   11.04.2015-ci il  tarixində Sabunçu Rayon İcra Hakimiyyəti qəsəbə nümayəndəlikləri IDEA İctimai Birliyi ilə birgə Sabuncu rayonunun butun qəsəbələrində keçirilmişdir. Belə ki, rayonun Bakıxanov qəsəbəsində Fətəliyev 23,30,31 ünvanlarında, Sabuncu qəsəbəsində Aydınbəyov küçəsində yerləşən parkda, Zabrat qəsəbəsində Zabrat-Pirşagı yolunun sag tərəfində, Maştağa qəsəbəsi Şəfai küçəsi və 7 n-li poliklinikanın həyətyanı sahəsində, Balaxanı qəsəbəsində Balaxanı parkında,  Pirşağı qəsəbəsində Ə.Məlikov və Hüseynbala Əliyev küçələrində, Kürdəxanı  qəsəbəsində zeytun bağının ətrafında, Bilgəh qəsəbəsində Azərbaycan qadını küçəsində, Ramana qəsəbəsində Ramana qalasının ətrafında, Nardaran qəsəbəsində «A» massivi, yolunun kənarlarında ağacəkmə  kompaniyasına  yüksək fəallıqla keçirilmişdir. Belə ki, qeyd olunan ərazilərdə 840 ədəd kiparis və  eldar şamı əkilmişdir.

Keçidlər