Sabunçu rayonunda II Böyük Vətən Müharibəsi veteranları ilə görüş keçirilib
11 aprel 2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində rayonun sakini, respublika veteran hərəkatının ön sıralarında öz layiqli yerini tutan mərd və zəhmətkeş Sofiya Həşim qızı Cəfərovanın “9 May – Qələbə Günü” ilə əlaqədar Moskva şəhərində keçiriləcək hərbi paradda iştirak etmək üçün yolasalma mərasimi keçirildi. Böyük Vətən Müharibəsi veteranları ilə keçirilən görüşdə RİH-nin başçısı Adil Vəliyev, müavinlər, RİH-nin əməkdaşları, BVM İctmai Birliyin Sabunçu rayon təşkilatının sədri Elxan Mirzəyev və rayonda yaşayan müharibə veteranları iştirak edib. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək ölkəmizdə veteranların sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdən danışıb.
BVM İctmai Birliyin Sabunçu rayon təşkilatının sədri Elxan Mirzəyev, müharibə veteranı Cəfərova Sofiya və digərləri çıxış edərək bildirdilərki, XX əsrdə ikinci dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Bu müharibə azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut edib.
Görüşün sonunda veteranlara hədiyyələr təqdim olundu.