Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Bakı 2015” I Avropa Oyunlarına hazırlıqla əlaqədar tədbir keçirilib

13 aprel 2015 | 19:00

14 aprel 2015-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin birgə təşkilatçılığı Sabunçu Rayon İcra Hakimiyyətində “I Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr” mövzusunda rayon müşavirəsi keçirilib.
Tədbiri  açıq elan edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki, I Avropa Oyunlarının keçirilməsinə az vaxt qalmasına baxmayaraq, Azərbaycanda  bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Bu məqsədlə hər yerdə olduğu kimi Sabunçu rayonunda da genişmiqyaslı tədbirlər görülüb.
Bildirildi ki, 18 mart 2015-ci il tarixində Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın iştirakı ilə Bakı Olimpiya Stadionunun açılışı olub. Sonra I Avropa Oyunlarına hazırlıq çərçivəsində rayonda görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verildi. Qeyd olundu ki, I Avropa Oyunlarına hazırlıq çərçivəsində rayonda, o cümlədən, qəsəbələrdə geniş abadlıq və quruculuq işləri aparılır.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev videogörüntülər əsasında “Bakı-2015” I Avropa Oyunlarının keçirilməsi qaydaları və təşkilati məsələlərlə bağlı məlumat verdi.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Əməliyyatları üzrə obyektlərin qrup meneceri David Store isə idmançıların və digər xarici qonaqların təhlükəsizliyinin təmini istiqamətində görüləcək işlərdən danışdı. Daha sonra  çıxış edənlər Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr barədə danışdılar.

Keçidlər