Sabunçu rayonunda əhalinin dispanserizasiyası uğurla davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2015-ci ilin fevralın 2-dən mayın 1-dək əhalinin tibbi müayinəsi hər yerdə olduğu kimi Sabunçu rayonunda da uğurla davam edir.
Rayon əhalisinin tibbi müayinəsi 4 xəstəxana, 5 poliklinika və 1 ambulatoriyada keçirilir. 13 aprel tarixinə olan məlumata əsasən aksiya çərçivəsində rayonun 237200 nəfər əhalisindən 116749 nəfər vətəndaşın tibbi müayinədən keçməsi təmin edilmişdir. Tibbi müayinədən keçənlərin 5363 nəfəri ambulator, 611 nəfər isə stasionar müalicəyə cəlb edilmişdır. Xəstəliyi aşkarlanan şəxslər dispanser qeydiyyata götürülərək onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunmuşdur. Eyni zamanda rayonda məskunlaşmış məcburi köçkünlərə və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədi ilə komissiya tərəfindən ixtisaslı həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.