Sabunçu rayonunda narkomaniyaya qarşı mübarizə, erkən nikah və dini radikalizm mövzusunda tədbir keçirildi
15 aprel 2015-ci il tarixdə Sabunçu Gənclər Evində “Sağlam təfəkkür-sağlam gələcək” mövzusunda tədbir keçirildi. Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon təşkilatının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın İşçi Qrupunun müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq təminatı şöbəsinin müdir müavini, Ombudsman aparatının şöbə müdiri digər qonaqlar və rayonun gəncləri iştirak edirdilər.
Tədbir Bakı Sosial-İqtisad Kollecin Tələbə Gənclər Təşkilatının hazırladığı etüdlə başladı. Giriş sözü ilə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbirin əhəmiyyətindən danışaraq dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmləndirilməsinin gənclərlə aparılan işin səmərəli təşkilindən bilavasitə asılı olduğu vurğuladı. A.Vəliyev bildirdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi məsələsi qarşıda duran ən başlıca məsələlərdəndir.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, gənclərlə belə mövzularda maarifləndirici tədbirlərin keçirilməsi çox əhəmiyyətli olduğunu bildirdi. Çünki yeniyetmə və gənclər daha tez təsir altına düşürlər. Ona görə də gəncləri mənfi təsirlərdən qorumaq, onları düzgün yola istiqamətləndirmək lazımdır. Mübariz Qurbanlı bildirdi ki, ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı vardır. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. M.Qurbanlı qeyd edib ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Çünki İslam dini haqqında yanlış məlumatlar, insanların düşüncələrində mənfi fikir yaradılır. Bu səbəbdən dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalı, bu sahədə görülən işlər davam etdirilməlidir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Sabunçu Polis İdarəsinin rəisi Eldar İlyasov, Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komitəsinin İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev, Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Asif Kəngərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Hüququ təminat” şöbəsinin müdir müavini Vəsilə Mövsümova, Ombudsman Aparatının hüquq-müşaviri Müqalib Mahmudovçıxış etdilər.
Sonda qonaqlara Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Asif Kəngərlinin azərbaycan rus və dilində çap edilmiş “Bəla”adlı kitabı təqdim olundu.