Sabunçu rayonunda “Şahinlər” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirildi
15.04.2015-ci il tarixində yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Sabunçu rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirildi.
Sabunçu Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin təşəbüssü və təşkilatçılığı ilə keçirilən ”Şahin” hərbi-idman oyunu dövlət himnin səsləndirilməsi ilə başladı.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Məhəmməd Əsədov və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Malik Məmmədov qeyd etdilər ki, bu cür yarışların keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyyəsinə diqqqət və qayğının daha da artırılması, həmçinin məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığa köməkliyin göstərilməsidir.
Daha sonra Sabunçu rayonu üzrə 5 məktəbin 70 şagirdi arasında keçirilən hərbi-idman yarışlarına start verildi. Əvvəlcə hər biri 14 nəfərdən ibarət komandalar təntənəli marşla və musiqi ilə tribuna önündən keçdilər. Yarışa qatılan 8-10-cu sinif şagirdləri yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınadılar.
Yarışın nəticəsinə görə rayonun 80 saylı tam orta məktəb-lisey üçüncü, 142 saylı tam orta məktəb ikinci, tutdular. Yarışda qələbə qazanaraq birinci yeri tutmuş 309 nömrəli tam orta məktəbin komandası Bakı şəhəri üzrə keçiriləcək “Şahinlər” hərbi-idman oyunlarının final mərhələsinə vəsiqə qazandı.
Qeyd edək ki, “Şahin” hərbi-idman oyununun II mərhələsi 10.04.2015-ci il tarixində 74 N-li tam orta məktəbdə keçirilmiş yarışda 38 orta ümumtəhsil məktəbindən 532 nəfər şagird iştirak etmişdir.