Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Zərifə xanımın xatirəsinə həsr olunmuş göz müayinəsi aksiyası keçirildi

23 aprel 2015 | 19:00

24 aprel 2015-ci il tarixdə Sabunçu qəsəbəsində yerləşən 12 saylı Şəhər Poliklinikasında Zərifə Əziz qızı Əliyevanın xatirəsinə sonsuz ehtiramın ifadəsi olaraq göz müayinəsi aksiyası təşkil edilmişdir. Aksiyada uşaq və böyüklər də daxil olmaqla 150 nəfər iştirak edərək göz müayinəsindən keçmişdir. Burada ixtisaslı həkimlər tərəfindən onların görmə qabiliyyətləri müəyyənləşdirilmiş, göz dibi təzyiqinin və han¬sısa bir xəstəlik əlaməti olub-olmadığını yoxlamadan keçirmişlər. Həkimlər tərəfindən gör¬mə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərilmiş, bəzilərinə isə məsləhətlər və ambulator müalicəsi üçün müvafiq reseptlər verilmişdir.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova aksiyanın gedişatı ilə tanış olduqdan sonra 12 saylı Şəhər Poliklinikasının həkim-personalı ilə  görüş keçirmişdir. Görüşdə A.Məmmədova Zərifə xanım Əliyevanın şərəfli və mənalı ömür yolundan danışaraq bildirmişdir ki, Zərifə xamm həyatda nə qədər uğur qazansa, şöhrətin zirvəsinə çatsa da, ömrünün son anına kimi sadəliyini, insanpərvərliyini qoruyub saxlaya bildi. Özü cismən aramızda olmasa da, bizlər onu hörmət və məhəbbətlə hər zaman yad edirik. Bu gün təşkil edilən bu aksiya da alimin xatirəsinə olan sonsuz ehtiramın ifadəsidir.
Görüşdə 12 saylı Şəhər Poliklinikasının baş həkimi Lətif Əsgərov, həkim-oftalmoloq Şəfiqə Nəbiyeva və digərləri çıxış edərək Zərifə xanımın bir həkim kimi xəstələrinə təmənnasız sevgi bəxş etdiyini və bütün xəstələrinə doğmaları kimi can yandırdığını bildirmişlər.

Keçidlər