Sabunçu rayonunda “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilmişdir
23 fevral 2024 | 10:08
19.02.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 169 nömrəli tam orta məktəbdə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov, Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov, Bakı şəhər Narkoloji Dispanserin həkim-narkoloq, psixoloq həkim, valideyinlər, məktəbin şagird və müəllim kollektivi iştirak edirdilər.
İlk əvvəl məktəbin direktoru çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışaraq gələn qonaqları təqdim etdi. Sonra tədbir iştirakçıları məktəbin şagirdləri tərəfindən hazırlanmış narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən çıxışlara və səhnələrə tamaşa etdilər.
İlk əvvəl məktəbin direktoru çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışaraq gələn qonaqları təqdim etdi. Sonra tədbir iştirakçıları məktəbin şagirdləri tərəfindən hazırlanmış narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən çıxışlara və səhnələrə tamaşa etdilər.
Tədbirdə çıxış edən Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyətindən, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində görülən əhəmiyyətli işlərdən danışdı. Gənc nəslin sağlamlığının qorunması üçün məktəblilərin, valideyinlərin, cəmiyyətin üzərinə düşən vəzifələrdən, gənclərin zərərli vərdişlərdən uzaq olmaları üçün ölkədə yaradılmış şəraitdən, dövlətin gənclərə olan diqqət və qayğısından söz açan C.Muradov müəllimlərə valideyinlərə və şagirdlərə müəyyən tövsiyyələr verdi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov çıxışında müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə tədbir iştirakçılarına məlumat verməklə yanaşı, yeniyetmə və gənclərin narkomaniyadan və digər zərərli vərdişlərdən uzaq olması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş yeni, 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından ətraflı danışdı. Ə.Teymurov 44 günlük Vətən müharibəsində, 19-20 sentyabr antiterror əməliyyatlarında qəhrəmanlıq göstərərək tarix yazan azərbaycan əsgərinin məhz sağlam, vətənpərvər, vətənini, elini, torpağını sevən gənclər olduğunu xüsusi vurğulayaraq, hər zaman vətənin, dövlətin inkişafı üçün zərərli vərdişlərdən uşaq olan, sağlam düşüncəli, savadlı gənclərə ehtiyac olduğunu qeyd etdi.
Mövzu ətrafında şagirdləri maraqlandıran suallara cavab verdikdən sonra tədbirdə aktiv iştirak edən bir neçə şagird Sabunçu Rayon Polis İdarə tərəfindən Fəxri Fərmanla təltif edildi.