Sabunçu rayon məktəbliləri Memorial muzeylə tanış oldular
23 fevral 2024 | 12:45
“26 fevral-Xocalı soyqırımı”nın ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 80, 108, 128, 170, 192, 271 və 307 nömrəli tam orta məktəblərin şagirdlərinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Muzeylə tanış oldular.
Tarixi sənədlər, foto və video materiallar, erməni qəsbkarlarının hərbi cinayətləri barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət yerli ədəbiyyatla zəngin olan Memorial muzey rayon məktəblilərində geniş təəssürat yaratdı və məktəblilər erməni faşistlərinin qəddar cinayətləri, qətliamları barədə ətraflı məlumat əldə etdilər.