Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının yanında Şuranın iclası keçirilmişdir
28.11.2012-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir. İclasda RİH aparatının şöbə müdirləri, qəsəbə nümayəndələri, qəsəbə bələdiyyələri, məktəb direktorları, rayon kommunal xidmət sahələrinin rəisləri, təşkilat və müəssisələrin rəhbərləri iştirak etmişdilər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev Şura iclasında rayonda aparılan abadlıq, quruculuq, rayon tədris müəssisələrinin paylayıcı bufetlərində sanitar vəziyyəti, ərizə və şikayətlərə baxılması, vətəndaşların qəbulu haqqında məsələlərin müzakirə ediləcəyini bildirdi.
Şurada Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin respublikanın hərtərəfli və sürətli sosial-iqtisadi inkişafına yönələn uğurlu daxili və xarici siyasətinin Sabunçu rayonunda təbliği üzrə görülən təşviqat işləri barədə müzakirə edildi.
Sabunçu Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılmasının vəziyyəti haqqında məsələ ilə əlaqədar RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri R.Rəsulova çıxış etdi. R.Rəsulova Sabunçu rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu, onların ərizə, təklif və şikayətlərinə baxılmasının vəziyyəti haqqında geniş məlumat verdi.
Şuranın gündəliyindəki ikinci məsələ ilə əlaqədar Sabunçu Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin uşaq və yeniyetmə mərkəzinin müdiri V.Hüseynova çıxış edərək rayon tədris müəssisələrindəki bufetlərdə sanitar-gigeniya qaydalarına riayət olunması vəziyyətinin araşdırmaq məqsədi ilə rayon GEM-in direktoru tərəfindən təsdiq edilmiş illik iş planı əsasında il ərzində yeni dərs ilinə, payız-qış, yaz-yay mövsümünə hazırlıq, sanitar-gigiyenik və texniki vəziyyət, qidalanma, tibbi xidmət, işçilərin dövri tibbi müayinəsi yoxlanılması və rübdə bir dəfə internat məktəblərindən, ildə iki dəfə məktəb bufetlərindən analizlər götürdüyünü qeyd etdi. V.Hüseynova çıxışının sonunda tədris müəssisələrindəki bufetlərdə sanitar-gigeniya qaydalarına riayət olunması istiqamətinda Sabunçu Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nəzarətin daha da gücləndirildiyini bildirdi.
Məruzələr ətrafında çıxışlar bitdikdən sonra Şura iştirakçılarının rayonun sosial-iqtisadi inkişafının və infrastruktunun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənilmişdir. Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunmuş, müvafiq rəylər və təkliflər nəzərə alınmışdır.
Şuranın gündəliyində duran məsələlərin müzakirəsi başa çatdıqdan sonra cənab Adil Vəliyev rayonun əlaqədar təşkilat, müəssisə rəhbərlərinə öz tövsiyyələrinin verərək, ölkə rəhbərinin əhalinin sosial rifah halını yaxşılaşdırılması, ölkəmizin iqtisadi, siyasi cəhətdən qüdrətlənməsi, sənaye, istehsal, aqrar sahələrdə sürətli inkişafın qorunub saxlanması istiqamətində apardığı islahatlardan söz açdı.
İclasın sonunda Şuranın gündəliyində duran məsələlər barədə qərarlar müzakirə edilərək Şura üzvləri tərəfindən qərar layihələri qəbul edildi.