Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Çernobıl qəzasının 29-cu ildönümü qeyd olundu

24 aprel 2015 | 19:00

25 aprel 2015-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyətində hər il olduğu kimi bu il də XX əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş  qəzanın ildönümü ilə bağlı Çernobıl əlilləri ilə görüş keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, Respublika Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov və Cernobıl Əlilləri Cəmiyyətinin Sabunçu rayon təşkilatının 40 nəfər üzvü iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova tədbir iştirakçılarını salamlayaraq bildirdi ki,  bu qəzanın ağır nəticələrinin aradan qaldırılması işlərində 7 mindən artıq Azərbaycan vətəndaşı xüsusi fədakarlıq göstərmişdir. Həmin insanların bir çoxu dünyasını dəyişmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılmış, onların statusu müəyyənləşdirilmiş, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülmüş, onlara dövlət tərəfindən müavinət təyin edilmişdir. Bu qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılmış, onların sosial müdafiəsi gücləndirilmişdir.
Respublika Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov öz çıxışında Çernobıl qəzasında sağlamlıqlarını itirmiş insanların rifahının yaxşılaşdırılması Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin prioritetlərindən biri olduğunu vurğulayaraq, bu gün Çernobıl əlillərinin cəmiyyətimizdə fəal vətəndaşlıq mövqeyi nümayiş etdirdiklərini qeyd etdi.
Sonra Cernobıl Əlilləri Cəmiyyətinin Sabunçu rayon təşkilatının sədri Elxan Salmanov və cəmiyyətin üzvləri cənab Prezidentə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən cəmiyyətin 40 nəfər üzvünə maddi yardım göstərildi.

Keçidlər