Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edildi

26 aprel 2015 | 19:00

27 aprel 2015-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü qeyd edildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavin Arzu Məmmədova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, rayonun səhiyyə və təhsil işçiləri iştirak edirdi.
Tədbirdə Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, görkəmli alimin mənalı ömür yolu və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev sədaqətli ömür-gün yoldaşı, mehriban və qayğıkeş ana olan, milli-mənəvi və yüksək əxlaqi dəyərləri varlığında təcəssüm etdirən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışmış, onun bütün türk dünyasında, müsəlman aləmində qadınlığa örnək bir insan olduğunu diqqətə çatdırdı. Adil Vəliyev öz çıxışında vurğuladı ki, bu gün onun müqəddəs ailə çırağını övladları, nəvələri yandırırlar. Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirərək Azərbaycanda birinci xanım institutunun daha da möhkəmləndirilməsi üçün çalışır. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün əlindən gələni edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ictimai fəaliyyəti göz qabağındadır. Azərbaycan gənclərinin lideri kimi onun vətənpərvərliyi, ölkəmizin dünyada tanınması üçün gördüyü işlər hər birimizdə qürur hissi doğurur.
Tədbirdə həmçinin YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, 3 saylı Şəhər Xəstəxanasının həkim-oftalmoloqu Cəfər Məmmədov, 5 saylı Uşaq Yoluxucu Xəstəxanasının baş həkimi Raifə Naci və başqalarının çıxışında Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağı, daim dərin ehtiramla, rəğbətlə anılacağına əminlik ifadə olunub.
Sonda rayonun təcrübəli həkim-oftalmoloqları Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən diplomlarla təltif olundular.

Keçidlər