Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri məktəblilərlə görüş keçirtdi

01 may 2015 | 19:00

Sabunçu Rayon İcra Hakimiyyətində II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 70-ci ildönümü ilə bağlı müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər Planına əsasən rayonun idarə və təşkilatlarında, təhsil müəssisələrində tədbirlər, veteranlarla görüşlər,  rayonda yerləşən mədəniyyət müəssisələrində, o cümlədən kitabxanalarda sərgilər təşkil olunmuşdur.
     02 may 2015-ci il tarixində Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli tam orta məktəbdə Sabunçu rayonunun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri məktəbin şagirdləri ilə görüşdülər. Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Əliislam Abbasquliyev açıb. O müəllimlər və şagirdlər adından Sabunçu rayonunun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlərini qarşıdan gələn 9 May-Qələbə Günü münasibətilə təbrik etmiş, onlara möhkəm can sağlığı və uğurlar arzulayıb. O, belə bir görüşün 80 nömrəli tam orta məktəbdə keçirildiyi üçün Sabunçu Rayon İcra Hakimiyyətinə öz minnətdarlığını bildirib.
      Görüşdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məhəmməd Əsədov yeniyetmə və gənclərlə bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında  sağ qalanlar o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir.
     Sabunçu rayonunun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri məktəblilərin qarşısında çıxış edərək bildirdilər ki, II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri vardır. Müharibə başlananda respublikada orduya səfərbərlik ümümxalq hərakatına çevirilmiş, Azərbaycanın ordu sıralarına 680 min nəfərdən çox insan səfərbərliyə alınmış, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəlmişdir.
    Tədbir məktəblilərin hazırladıqları bədii kompozisiya ilə davam etdi. Sonda Qızıl Aypara Cəmiyyətinin Sabunçu rayon təşkilatı adından veteranlara hədiyyələr təqdim edildi.

Keçidlər