Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda məktəblilər arasında " Heydər Əliyev və Müstəqil Azərbaycan " mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir

02 may 2015 | 19:00

03 may 2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayonu Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən 252 nömrəli tam orta məktəb-liseydə Sabunçu rayonu orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş " Heydər Əliyev və Müstəqil Azərbaycan " mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqədə Sabunçu rayonunun orta ümumtəhsil məktəblərinin hər birindən 1 nəfər nümayəndə olmaqla 46 şagird iştirak edirdi.Müsabiqənin sonunda şagirdlərin inşa yazı işləri yoxlanılmış və qaliblər Sabunçu rayonu Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunmuşlar.

Keçidlər