Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi təntənəli qeyd olundu

05 may 2015 | 19:00

Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 23 fevral 2015-ci il tarixli 1060 saylı Sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq Tədbirlər Planı hazırlanaraq təsdiq еdilmişdir.
Tədbirlər Planına əsasən 06 may 2015-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Sabunçu rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Böyük Vətən Müharibəsi veteranları, arxa cəbhə iştirakçıları, Qarabağ müharibəsi əlilləri, Rus və Ukrayna İcmalarının üzvləri və rayon ictimaiyyətinin iştirakı ilə 9 May-Qələbə Gününün 70 illiyi ilə bağlı geniş tədbir keçirildi.
İlk öncə tədbir iştirakçıları Sabunçu qəsəbəsində yerləşən “Qardaşlıq məzarlığını” ziyarət edərək 1941-1945-ci illər müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsini ehtiramla yad etdilər.
   Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə 1941-1945 abidəsi önündə çıxış edərək II Böyük Vətən Müharibəsində Azərbaycan xalqının qələbə əldə etməsinə görə azərbaycanlıların misilsiz xidmətlərindən söz açmış, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin Böyük Vətən Müharibəsi iştiraklarına, Qarabağ müharibəsi şəhidlərinin ailələrininə, Veteranlara, əlillərə göstərilən xüsusi diqqət və qayğısını qeyd etmişdir. Çıxış edən digər natiqlər də İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük töhfəsi və rolunun olduğunu, respublikamızı təmsil edən 176 mindən çox döyüşçünün orden və medallarla təltif edildiyini, 130 nəfərin isə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldüyünü bildirmişlər.
    Tədbir veteranlar üçün təşkil edilmiş bayram süfrəsi ətrafında maraqlı bədii-əyləncəli konsert proqramı ilə davam etdirilmişdir. Sonda Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən veteranlar başda olmaqla bütün tədbir iştirakçılarına hədiyyələr, Sabunçu Rayon Müharibə, Əmək, və Silahlı Qüvvələr Veteranları Təşkilatına isə bir ədəd kompyuter təqdim edilmişdir.

Keçidlər