Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş GÜL BAYRAMI keçirildi

06 may 2015 | 19:00

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə  həsr olunmuş silsilə tədbirlər çərçivəsində Sabunçu rayonunda 07 may 2014-cü il tarixində  təntənəli Gül bayramı keçirilmişdir. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Rayonun Sakit Qocayev küçəsində keçirilən tədbirdə  ayrı-ayrı müəssisə və təşkilatların, ümumtəhsil məktəbləri və uşaq bağçaları kollektivlərinin, uşaq yaradıcılıq mərkəzi üzvlərinin rəngbərəng güllərdən, yarpaqlardan, bəzək bitkilərindən hazırladıqları və Ulu Öndərə həsr etdikləri bir-birindən maraqlı kompozisiyalar, portretlər, tablolar, əl işləri bayram iştirakçılarının böyük marağına səbəb olmuşdur. Bayramda sərgilənən əl işlərinin əsas mövzusunu Ümummilli Liderə sevgi və məhəbbət, dövlət rəmzlərimizə hörmət, eyni zamanda iyun ayında ölkəmizdə keçiriləcək Baku 2015 İlk Avropa Oyunlarına həsr olunmuş və təbii güllərdən hazırlanmış kompozisiyalar təşkil edirdi. Bu il Gül Bayramında rayonun bələdiyyələri, 20 məktəbəqədər, 46 ümumtəhsil, 3 internat, 2 ilk peşə təhsil müəssisələri,  Uşaq Yaradıcılıq Mərkəzləri, 1 nömrəli Ruhi Əsəb Xəstəxanası, Müharibə və Əmək Əlillər üçün Pansionat və Sağlamlıq İmkanları Məhdud olan Gənclər üçün Reabilitasiya Mərkəzi  olmaqla ümumilikdə 78 müəssisə iştirak edirdi. Rayon rəhbərliyi kompozisiyalara baxış keçirdikdən sonra Gül Bayramı rayonun məktəbliləri, uşaq bağçalarının körpə fidanları tərəfindən hazırlanmış bədii qiraət və rəqs proqramı ilə davam etdi.

Keçidlər