Şriftin ölçüsü :

Saytın rəngi :

24 oktyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Səmədov Məhərrəm Elxan oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi.

24 oktyabr 2023 | 12:20
     24 oktyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Səmədov Məhərrəm Elxan oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, 209 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
     Səmədov Məhərrəm Elxan oğlu 27.03.2001-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuşdur. Maştağa qəsəbəsində yerləşən 209 saylı tam orta məktəbin 9-cu sinfini bitirmişdir. Daha sonra 2016-cı ildə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 101 saylı peşə məktəbində oxumuşdur. Peşə məktəbini bitirdikdən sonra həqiqi  hərbi xidmətə çağırılmışdır.
     Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Cəbrayıl və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
 06.10.2020-ci ildə Tərtər rayon istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
     24.10.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Seyidlər” qəbiristanlığında dəfn olunmuşdur.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər